Parketinq

Heydər Əliyev adına Bakı Hava limanının xidməti haqqında 15 gülməli-ağlamalı fakt
Heydər Əliyev adına Bakı beynəlxalq hava limanı

Mən indiyə kimi 14 ölkənin 20-yə yaxın aeroportunun xidmətlərindən istifadə etmişəm. Qeyd edəcəyim biabırçılıqların demək olar ki, HEÇ BİRİNİ başqa hava limanlarında görməmişəm.

Aeroportumuz haqqında 15 gülməli-ağlamalı faktla, onun xidmətindən istifadə edən adamlara əlavə stress, narahatlıq, vaxt və pul itkisi yaradan, nəticə olaraq Ölkəmizin imicinə ziyan vuran məsələlərlə tanış olun.

1. Aeroporta ictimai nəqliyyat yoxdur. Bizim aeroportun ən böyük bəlası. Güya 1 kiçik avtobus var, hərdən bir aeroporta gedir, amma o hardan gəlir, hara gedir, aeroportdan nə vaxt çıxır, bilən yoxdur. Metro, elektrik qatarı və s. kimi nəqliyyatlardan heç söhbət belə gedə bilməz. Yalnız taksi. Bu isə, harasa getməyin (fərqi yoxdur, ölkə daxili və ya xarici) bilet qiyməti üzərinə təqribən 30-40 manat (40-50 USD) əlavə xərc deməkdir.

2. Qapıdan təyyarəyə qədər 3 yoxlamanın olması. Beynəlxalq aeroportlarda 2 yoxlama olur, 1-cisi aeroportun girişində, 2-cisi təyyarəyə minik üçün keçərkən. Bizim aeroportda 3-cüsü də var – qeydiyyata keçmək üçün əlavə yoxlama xətti. Təhlükəsizlik baxımından bunun heç bir mənası yoxdur, yalnız insan resursu (pul itkisi) və sərnişinlər üçün əlavə vaxt itkisi deməkdir.

3. Təhlükəsizlik əməkdaşlarının əl metal detektorunu düzgün istifadə edə bilmirlər. 3-cü yoxlamada içindən keçdiyimiz böyük metal detektoru metalın olmaması haqqında səs çıxarmamasına baxmayaraq təhlükəsizlik əməkdaşları əl detektoru ilə üstünü yenidən yoxlayırlar. Bu çox gülməlidir, əgər metal yoxdursa, əl ilə nə axtarırlar?    (aydınlıq üçün izah edim ki, böyük detektor “dikkildəyərək” metalın olması xəbərini verdikdən sonra təhlükəsizlik əməkdaşı metalın məhz harada olduğunu təyin etmək üçün əl detektorundan istifadə etməlidir)

4. Yoxlama zamanı body scanner-lərdən istifadə olunması. İnsanların bədən quruluşunu göstərən bu skannerlər avropanın demək olar ki, heç bir ölkəsində artıq istifadə olunmur. Azərbaycanda hələ də qalmaqdadır. Dəfələrlə görmüşəm ki, bəzən keflərinə düşəndə, “ana-bacı” qeyrətinə gələndə qadınları, xariciləri bu skandan keçirmirlər.

5. Gözləmə zallarında monitorlar düzgün quraşdırılmayıb. Təyyarə gözləmə zalında minik başlamasını və ya hansı qapıda minik olacağını bilmək üçün hələ də kiçik, köhnə monitorlardan istifadə olunur.  Bu monitorlar da düzgün yerləşdirilməyib – gözləmə oturacaqlarından görsənmir. Gərək mütləq durub, fırlanıb monitora baxasan.

6. Tualet bərbad gündədir – gec-gec təmizlənir, unitazlar çirkli, əl qurutmaq üçün solfetka yoxdur. Qapı üzərində təmizləmə vaxtlarını göstərən cədvəl yoxdur.

7. Siqaret çəkmək üçün xüsusi yerlər zalların özündə və açıqdadır. Çox gülməli vəziyyətdir. Siqaret çəkmək üçün guya xüsusi yerlər ayrılıb, amma onlar elə zalların özündədir, siqaret çəkməyən adamlar siqaret tüstüsünü udmağa məcburdurlar. Xüsusi yerlər ya açıq havada, ya da kiçik qapalı yerlərdə (otaqda) olmalıdır. Avropalılar bu səhnəni görəndə dəhşətə gəlirlər.

8. Pasport yoxlamasında “Ölkə vətəndaşı” və “Xarici Vətəndaş” bölgüsünə riayət olunmur. Bütün dünyada olan bu bölgü pasport yoxlamasını daha tez və effektiv aparmaq üçündür. Bizdə isə kim harda gəldi dayanır və pasport xidməti də belə sərnişinləri yoxlayır. Halbuki aeroport əməkdaşları bunun qarşısını almaq və sərnişinləri daha nizamlı olmaları üçün yardımçı olmalıdırlar.

9. Bəzi adamlara xüsusi “yanaşma”. Dəfələrlə şahidi olmuşam, pasport yoxlamasını gözləmək üçün növbəyə durursan. Bir də görürsən ki, hər hansı aeroport əməkdaşı kiməsə növbədən kənar pasport yoxlamasından keçməyi üçün şərait yaradır. Bu bütün növbə gözləyənlərə qarşı hörmətsizlikdir.

10. Bəzi əməkdaşlar  formasız və ya yaxa kartı olmadan xidmət göstərirlər. Bəzən kimlərsə ortalıqda formasız gəzir, göstəriş verir və s.

11. Terminalı tərk edərkən çantalar yoxlanılır. Hətta bəzən əməkdaşlar çantaları skanerdən keçirmədən və heç bir səbəb göstərmədən sərnişinə çantanı açmağı əmr edirlər. Bu təhlükəsizlik tədbiri ola bilməz, çünki artıq aeroportu tərk edirsən. Nə üçün olduğunu indiyə qədər kəşf edə bilməmişəm.

12. Pulsuz wi-fi və İnternet avtomatları var, amma işləmirlər. Azerfon şirkəti aeroportda pulsuz wi-fi və İnernetə daxil olmaq üçün xüsusi avtomatlar quraşdırıb. Ötən həftə aeroportda olanda heç biri işləmirdi.

13. Polis-Təhlükəsizlik-Taksi sözləşmələri var. Görünür, aeroportda taksi mafiyası var. Bunun necə işləməsi haqqında xüsusi məlumatım yoxdur, amma aeroport əməkdaşları çıxarkən məhz hansısa bir taksiyə oturmağı israr edir.

14. Saytlar bərbad vəziyyətdədir. Keçək İnternetə. Təsəvür edin xaricdən kimsə aeroport haqqında məlumat axtarır. Google-da axtarış edərkən “baku airport” açar sözlərini yazarkən aşağıdakı nəticə çıxır:

Aeroportun hələ də AZAL-ın köhnə loqosu qalan uzun illərdir əl dəyilməyən, bərbad günə qalmış  saytı (əgər sayt demək olarsa) -

Heydər Əliyev adına Bakı Aeroportunun saytı

və Ground Handling Company-nin işləməyən saytı

Ground Handling Company saytı

AZAL-ın saytı isə heç ilk onluqda nəticələnmədi. Dünyaya baxan sifətimiz bu saytlardırmı?!

15. Ən sonda, Ölkəyə gələrkən sizi gülərüz deyil, mısmırıq sallayan, kobud davranan personal qarşılayır.

Əgər sizin də bu siyahıya əlavələriniz varsa, şərhlərdə mütləq qeyd edin.

NƏTİCƏ - Bu səviyyədə aeroport xidməti Ölkənin imicinə və turizminə böyük bir zərbədir!

Xırda və ya böyük – heç fərqi yoxdur, bütün bunlar bir aeroportda toplananda böyük bir biabırçılığa səbəb olur. Eurovision-a gələcək minlərlə qonağı bu səviyyədə olan aeroport xidməti ilə qarşıyayacağıqmı?!   Maraqlıdır, görəsən Heydər Əliyevin adını daşıyan aeroportumuzun rəhbərliyi kreslodan qalxıb Avropa aeroportlarını ziyarət edibmi? Niyə bizim aeroport o səviyyədə deyil? Bizim buna pulmuz çatmır? Bəlkə istəyimiz çatmır? Daha yaxşı xidmət göstərmək üçün istək. Yuxarıda qeyd olunan biabırçılıqların səbəbi rəqabətsizlikdə və idarəetmədədir.

P.S.

İndi yeni aeroport inşa edilir, lakin əgər idarəetməmiz bu gündə qalacaqsa nə qədər böyük, geniş bina tikilsə də, xidmətdə heçnə dəyişməyəcək .

Nar Mobile-dən Limitsiz fırıldaq!
Nar Mobile – Limitsiz danış tarif planının reklamı

Parketinqin payız mövsümünü açıq elan edirəm. Çox uzatmadan keçirəm mətləbə.

Son zamanlar Nar Mobile-da “Limitsiz” adı ilə bir neçə reklam kampaniyası keçirilib. Qərara gəldim ki, bu reklamları araşdırım. Əvvəlcə, “limit” sözünün mənasını aydın başa düşmək üçün Azərbaycan dilinin izahlı lüğətinə baxaq:

Limit – (lat. limites – sərhəd) Bir şeyi işlətmək, bir şeydən istifadə etmək üçün icazə verilən norma, miqdar; son hədd.

Demək “limitsiz” sözü də “sərhədsiz”, “son hədsiz” deməkdir. Amma Nar Mobile-nin həmin kampaniyalarının hamısı hədlidir, özü də necə.

Limitsiz Şəbəkədaxili tarifi

Reklamda yazılana inansaq, 1 qəpik ödəyib 1 saat ərzində limitsiz danışa bilirik və ya misal üçün, 24 qəpik ödəyib 24 saat, yəni, 1 gün limitsiz danışa bilirik. Dəqiqləşdirmək üçün  Nar Mobile-nin saytına, “Limitsiz Şəbəkədaxili” tarif planı bölməsinə daxil oluram. İlk yazılan cümlələrə diqqət edin:

Limitsiz Şəbəkədaxili tarifi bütün Nar abunəçiləri ilə sərhədsiz danışmaq imkanıdır. Bu tarif çərçivəsində gündəlik olaraq şəbəkədaxili 100 bonus dəqiqə və 10 bonus SMS təqdim olunur.

2 cümlə və aralarında təzad: birincisində sərhədsiz deyilir, 2cisində isə 100 bonus dəqiqə. Demək, bu heç də gün ərzində sərhədsiz, limitsiz, istədiyin qədər deyil, cəmi 100 dəqiqə danışa bilirsiniz. Təqdim edilən tarif planı heç də “limitsiz” deyil və bu müştərini birbaşa aldatmaq deməkdir.

Tarif planı ilə tanış olmağa davam edirəm:

Limitsiz Şəbəkədaxili tarifindən gündəlik istifadə haqqı 48 qəpikdir.

48 qəpik? 48/24=2 – demək, reklamda yazıdığı kimi saatı 1 deyil,2 dəfə baha – 2 qəpikdir! Abonenti belə kobud formada aldatmaq olarmı?

Bu da həmin tarif planının Youtube-da yerləşdirilmiş reklam çarxı:

<object width="299" height="152" classid="clsid:d27cdb6e-ae6d-11cf-96b8-444553540000" codebase="http://download.macromedia.com/pub/shockwave/cabs/flash/swflash.cab#version=6,0,40,0"><param name="allowFullScreen" value="true" /><param name="allowscriptaccess" value="always" /><param name="src" value="http://www.youtube.com/v/deQi83Cyf8I?version=3&hl=en_US&rel=0" /><param name="allowfullscreen" value="true" /><embed width="299" height="152" type="application/x-shockwave-flash" src="http://www.youtube.com/v/deQi83Cyf8I?version=3&hl=en_US&rel=0" allowFullScreen="true" allowscriptaccess="always" allowfullscreen="true" /></object>

Məsələni aydınlaşdırmaq üçün Nar Mobile müştəri xidmətlərinə zəng edirəm:

<object width="100%" height="81" classid="clsid:d27cdb6e-ae6d-11cf-96b8-444553540000" codebase="http://download.macromedia.com/pub/shockwave/cabs/flash/swflash.cab#version=6,0,40,0"><param name="allowscriptaccess" value="always" /><param name="src" value="http://player.soundcloud.com/player.swf?url=http%3A%2F%2Fapi.soundcloud.com%2Ftracks%2F23662469&show_comments=true&auto_play=false&color=ff7700" /><embed width="100%" height="81" type="application/x-shockwave-flash" src="http://player.soundcloud.com/player.swf?url=http%3A%2F%2Fapi.soundcloud.com%2Ftracks%2F23662469&show_comments=true&auto_play=false&color=ff7700" allowscriptaccess="always" /></object> NarMobile Müştəri xidmətləri Limitsiz tarifinin limitli olduğunu deyir. by Ilgar Mirza

Məlum olur ki, tarif  planı düz 3 dəfə dəyişdirilib, limitsiz şərtlərə limit təyin olunub, qiyməti 2 dəfə artırılıb, amma köhnə şərtli küçə reklamları (misal üçün, avtobuslar üzərində, dayanacaqlarda) hələ də yığışdırılmayıb, yuxarıdakı reklam çarxı isə, Nar Mobile Facebook səhifəsində qalmaqdadır. Qeyri-dəqiq reklama yol verməmək üçün, tarif şərtləri dəyişdirildiyi zaman bütün reklamlar yığışdırılmalı və dəyişdirilməlidir!

Limitsiz SMS paketi

Bu reklamı da araşdırmaq üçün saytın “Kampaniyalar” bölməsinə daxil  oluram.

Kampaniya səhifəsi isə bu sözlərlə başlayır:

SMS sevərlər üçün limitsiz imkanlar!

İndi Siz dost və tanışlarınıza limitsiz SMS göndərə bilərsiniz.

Qaydalarla tanış olaq:

Limitsiz SMS paketini sifariş etməklə Siz 1 həftə ərzində bütün Nar abunəçilərinə limitsiz, ölkədaxili digər nömrələrə isə 20 SMS göndərə bilərsiniz. Paketin qiyməti 1 manatdır.

Demək şəbəkəxarici SMS-lərə cəmi 20 sms-lik limitimiz var. Axı reklamda “limitsiz şəbəkədaxili sms paketləri” deyilmir. Şərtlərlə tanış  olmağa davam edirəm:

Limitsiz SMS paketi çərçivəsində 5000 şəbəkədaxili bonus SMS təqdim olunur.

Limitsiz adında, hətta şəbəkədaxili SMS-lərə də limitimiz əmələ gəldi

Qeyri-dəqiq reklam qanunla qadağandır!

Reklam haqqında Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə görə:

Maddə 8. Qeyri-dəqiq reklam

Aşağıdakılar barədə həqiqətə uyğun olmayan məlumatları əks etdirən reklam qeyri-dəqiq hesab olunur:

Əmtəənin tərkibi, hazırlanma üsulu və tarixi, təyinatı, istehlak xassələri, istifadə şərtləri, sertifikat və dövlət standartlarına uyğunluq nişanlarının mövcudluğu, kəmiyyəti və istehsal olunduğu yer;

Qeyri-dəqiq reklama yol verilmir.

Demək, Nar Mobile-nin limitsiz adlı, abonentləri aldatmağa yönəldilmiş bu reklamlar və kampaniyalar ölkəmizin qanunvericiliyinə ziddir. Belə qeyri-dəqiq reklamların 2 səbəbi ola bilər: abonentləri bilərəkdən aldadaraq cəlb etmək və ya Nar Mobile-nin marketinq və reklam işçilərinin səriştəsizliyi, savadsızlığı və bacarıqsızlığı!

Nar Mobile - Xalqın seçimidirmi?!

Azerfon şirkəti Azərbaycan Respublikasının qanunvericiliyini kobud formada pozur! Bu reklamlar dərhal, qeyri-şərtsiz yığışdırılmalı, həmin reklam və  kampaniyalara icazə vermiş şəxslər cəzalandırmalıdır.

P.S. Nar Mobile özünə şüar kimi “Xalqın seçimi” kəlməsini seçib. Heç olmasa işlətdiyiniz şüardan utanın.

SuperOnline-dən açıq-aşkar “domen” oğurluğu
Bu dəfə sizə Super Online –  SOL MMC-nin “domen pulsuz alınır” adı ilə necə fırıldaq işlətməsindən danışacam.

Əvvəlcə sizə şirkətin müştəri cəlb etməsi “strategiyasından” danışım. Şərtlərə görə guyaki kim bu şirkətdən hostinq alırsa domen pulsuz verilir. Buna görədə bir dostum SOL MMC-dən hostinq almağa gedir, onun üçün iqtisad.az domeninin alınmasını qeyd edir və onunla 59 AZN dəyərində kontrakt bağlanır. Onlarda şərtlərdə olduğu kimi iqtisad.az domenini pulsuz verməyi öz öhdələrinə götürürlər.

1 gün sonra şirkətdən zəng edib deyirlər ki, bu domen yalnız hüquqi şəxslər tərəfindən alına bilər, fiziki şəxslərə satılmır. Başqa variant yoxdur deyə domeni öz adlarına alırlar. Dostum onlara inanaraq etiraz etmir.

Bir neçə gün əvvəl  mənimlə görüşəndə bildirdiki “sən bilərsən, niyə görə iqtisad.az demenini ancaq şirkətlərə satırlar”.  Bildiyimə görə NT şirkəti yalnız bölgə adlarını nə hüquqi nə də fiziki şəxslərə satmır. Həmçinin brend, beynəlxaq şirkət və beynəlxalq təşkilatların adları məxsus olmasını təsdiq edən sənəd olmadan verilmir. Yerdə qalan bütün domen adlarında onu şirkətə və ya fiziki şəxsə satılmasında problem olmamalıdır. Demək burada ya domeni mənimsəməkdən söhbət gedir ya da şirkət adi domen almaq əməliyyatını apara bilmir.

Dərhal NT şirkətinə zəng edib dəqiqləşdirdik və oradan məlumatın yanlış olduğunu dedilər. Dostumla birgə SOL MMC-yə getdik. Özünü oranın müdürü kimi təqdim edən Vuqar adlı şəxslə görüşdüm və  iqtisad.az domeninin nə üçün şirkətinizin adına alınmasını soruşdum. O da telefonda deyilmiş sözləri təkrar edərək “Bu domen ancaq hüquqi şəxslərə satılır” cavabını verdi.  Telefonu mikrafona qoydum və NT şirkətinə zəng etdim. Telefonda təsdiqlədilər ki bu domen fiziki şəxsə satıla bilər belə bir qayda yoxdur. Soruşanda isə dedilər ki, Vüqar adlı şəxs ümumiyyətlə SOL MMC-dən bu məsələyə görə bizə zəng etməyib. Əgər olsaydı belə biz elə söz deyə bilməzdik, həmçinin NT şirkətindən bildirildi ki, qaydalara görə bunu dəqiqləşdirmək üçün domen formasını rəsmi olaraq fiziki şəxsin adına doldurub göndərməli idi daha sonra rəsmi cavablandırmalıydıq. Bütün bunlara etiraz edən Vüqar adlı şəxs tez-tez mənə bu sözləri deyirdi “Siz vaapşe müştəri deyilsiniz, qoy müştəri danışsın və s.” (Yəni dostuma kömək etməyimə mane olurdu). Mübahisə vaxtı dostum deyəndəki siz nəyə görə mənə zəng edib aldadırdınız, Vüqarın cavabı bu oldu “yaxşı oğlan idinsə telefonda razılıq verməzdin, araşdırıb sonra cavab deyərdin”    Bu cür addım atan şirkətdən təbii ki belə səviyyəsiz davranışı da gözləmək olardı. Ataların bir məsəli var oğru elə bağırdıki doğrunun yadından çıxdı. Biz tələb etdik ki, domen sifarişçinin adına keçirilsin.

Növbəti gün, bir daha zəng edib Vüqar adlı şəxsdən soruşduq ki, öz səhfinizə görə yaranmış vəziyyəti dəyişərək domeni dostumun adına keçirdəcəksizmi? Vüqar adlı şəxsdən cavab verir ki, əvvəlcə siz məktub yazın sonra baxarıq. 10 dəqiqəyə məktubu yazıb apardıq. Orada dedilər ki, gedib kontrakti gətirin, kontraktı ləğv edək, sonra gedin NT-dən özünüz alın.

NT-nin qaydalarına əsasən, əvvəlcə domenin indiki sahibi domendən imtina etməlidir, sonra yeni müştəri almalıdır. Bizi bir neçə dəfə get-gələ saldıqdan sonra kontrakt ləğv olundu, lakin üstündən 1 həftə keçməsinə baxmayaraq hələ də domendən imtina olunmayıb. NT şirkətindən dəfələrlə maraqlandıq və bizə bldirdilər ki, “Bizə Superonline-dan imtina məktubu gəlməyib”. Maraq üçün soruşduq ki, belə problem başqa müştərilərlə də yaşanıbmı. Cavabın Superonline-ın əməkdaşlarının xoşuna gəlməyəcəyi üçün yazmasaq yaxşıdır

SOL MMC-ə bir daha zəng etdim. Dedilər ki məktub kuryer vasitəsilə göndərilib. Gülməlidir, kuryer şirkəti Caspian Plazadan Sahilə kimi gedəcək məktubu 1 həftəyə aparıb çatdıra bilmir?!

Təsəvvür edin, kimsə bir veb layihə hazırlamaq fikrinə düşür və Superonline-a (SOL MMC) müraciət edir. Layihənin adı ilə bağlı olan domen üzərində nə qədər get gələ düşməlidir?! Nə müştəridən üzr istəmək nə də domeni onun adına keçirtməkdən söhbət belə açmayan bu şəxs sanki, “nə istəsəm edə bilərəm” kimi davranırdı. Ümumiyyətlə isə bu cür mədəniyyətsiz şirkət ilə işləməkdənsa heçvaxt layihənin adını belə demək olmaz.

Hər dəfə onlara zəng etsək, elə indidə telefonu götürüb onlardan soruşsanız deyəcəklər ki, məktubu kuryer ilə göndərmişik. Sonra NT şirkətinə zəng etsəniz deyəcəklər məktub filan gəlməyib.

Son vəziyyət: Aşıq-aşkar adamın üzünə dururlar ki, domendən imtina etmişik.

Nəticə: Mən sizə Superonline şirkətinin bu cür xidmətindən istifadə etməməyi tövsiyyə edirəm. Müştəriləri aldadan bu cür şirkətlər sabah sizi də pis vəziyyətdə qoya bilər.

Ümumiyyətlə, “Domen pulsuz verilir” kimi kampaniyalara müraciət edib əsəb və vaxt itirməkdənsə, domeni həmişə özünüz alın.

Jalə bulaq suyu – niyə məhz Tetrapak qablaşmasında?!
Əziz oxucular, bloquma bir müddətlik fasilə verdiyim üçün hamınızdan üzr istəyirəm. Bunun texniki və subyektiv səbəbəbləri olsa belə, heç bir bəhanə gətirmək istəmirəm. Heç bir bəhanə ilə bunu əsaslandırmaq olmaz!   Çalışacağam ki, bir də belə fasilələr etməyim, yoxsa bizim marketinq bazarının “oyunçuları” özlərini lap buraxırlar. Əsas mövzuya keçməzdən əvvəl isə, bütün oxucularımdan bir xahişim var. Əgər bir də görsəniz ki, yenə fasilə vermişəm, xahiş edirəm, məni şiddətlə qiniyin!

İndi isə, Parketinqə davam.

Bu yazımda Jalə sularının marketinqindəki bir məqama diqqət yetirəcəyik – Suların adətən plastik və ya şüşələrdə olmasına baxmayaraq nə üçün bu suyu məhz tetrapak tipli qablaşmada (qalın kağızdan hazırlanan xüsusi qablaşdırılma) bazara çıxıb?

Tetrapak qutularda adətən meyvə şirələri və süd məhsulları bazara çıxarılır. Əsas səbəb bu qablaşmanın işıq keçirməməsi ilə içindəki mayenin tərkibini qorumasıdır – bir sıra üzvi maddələr işığın təsirindən tez parçalanır. Tetrapak tipli bağlamanın maddi olaraq başagəlməsi plastikdən və şüşədən (şüşə təkrar istifadə oluna biləcəyini nəzərə alsaq) nisbətən bahadır. Bu isə, məhsulun qiymətinə az da olsa təsir edir. Müqaisə üçün, plastik bağlamada olan 1 l-lik qazsız Bonaqua və Aquavita suaları 40 qəpiyə, Jalə Bulaq suyu isə 50-60 qəpiyə satılır. Mən heç məsələnin psixoloji tərəfinə toxunmuram – suyun şəffaflığını insanlar vizual olaraq açıq gördükdə onu daha həvəslə ala bilərlər.

Çox maraqlıdır, nə üçün məhz tetrapak? Qəbələ Konserv Zavodunun yeni məhsul xətti açmağa pulu olmayıb, yoxsa nə?! Bunu dəqiqləşdirmək üçün şirkətin saytına da diqqət yertimişdim – orada da “nə üçün məhz tetrapk?” sualına cavab tapa bilməmişdim.

Tetrapakdakı Jalə suları bir müddətdir ki, bazara çıxarılsa da, yalnız bu yaxınlarda onun reklamı işıq üzü gördü.  Nəhayət ki, bu reklamda sualın cavabı səsləndirildi. Reklam çarxına diqqət yetirək.

<object width="399" height="227"><param name="movie" value="http://www.youtube.com/v/6FhMHbYEixo?version=3&hl=en_US&rel=0" /><param name="allowFullScreen" value="true" /><param name="allowscriptaccess" value="always" /><embed type="application/x-shockwave-flash" width="399" height="227" src="http://www.youtube.com/v/6FhMHbYEixo?version=3&hl=en_US&rel=0" allowscriptaccess="always" allowfullscreen="true"></embed></object>

Görün bu kişi nə deyir:

“Şəffaf qablarda suda mümkün olan bəzi mikroblar gün şüalarının nəticəsində canlanıb inkişaf edə bilər. Tetrapak qutularda isə karton və xüsusi alüminium kağızı gün şüalarını əks etdirir”.

Birincisi, bulaq suyunda mikrob nə gəzir? Əgər bulaq suyuna haradansa az da olsa mikrob düşürsə, bu o deməkdir ki, suyun çıxarılması zamanı müəyyən normalar pozulmuşdur və ya çirklənmişdir. Bu artıq bulaq suyu ola bilməz. Mikrob kanalizasiya suyunda və ya insanın istifadə etdiyi müəyyən sularla təmasda olan və qarışan sularda olur. Əziz Ben Pauel, nəzərinizə çatdırım ki, suda mikrob varsa, o artıq yararsız məhsuldur və o istehlaka çıxarıla bilməz.

Davamına diqqət edək:

Aseptik doldurma (steril doldurma. red.) texnologiyası ümumiyyətlə mikrobların daxil olmasına imkan vermir.

Bu cümlə özündən əvvəlki cümləni təkzib edir və deyir ki, bu suya mikrob düşmür.  Yaxşı, bu suda mikrob yoxdursa o zaman hansı mikrobların inkişafından söhbət gedə bilər?

Və kuliminasiya:

Yalnız tetrapaklarda su uzun müddət öz təbii keyfiyyətlərini saxlaya bilər.

Bu cümlə yalandır. Tərkibində üzvi maddə olmayan, yalnız minerallar olan su həm plastik, həm də şüşə qabda öz keyfiyyətlərini eyni qaydada saxlayır.

Tibbi və gigiyenik baxımdan reklamdakı izahın heç bir məntiqi yoxdur – mənasız və savadsız əsaslandırma!

Beynəlxalq marketinq təcrübəsi

Məndə sual əmələ gəldi, görəsən xaricdə hər hansı bir şirkət adi suyu tetrapak tipli qablaşmada bazara çıxarıbmı? Yəni, rəqiblərindən baha olacaq bir məhsulu hansı prinsiplə bazarda yeritmək olar?! Axtarış nəticələrindən 2-sinə diqqət yetirək – Envo və Plant it Water suları.

Bu şirkətlər çox gözəl əsaslandırma ediblər. Səbəb çox aydındır – ətraf mühitin mühafizəsi! Kağız – təkrar emal olunan məhsuldur – plastik isə yox! Plastik istehsalı ətraf mühitə ziyan vurur. Avropa və Amerika vətəndaşları (alıcıları) ətraf mühit məsələsinə çox diqqət yetirirlər, getdikcə daha az plastik istifadə etməyə çalışırlar, ekologiyaya ziyan vurmayan məhsulları alırlar. Onların bu istiqamətdə düşünmələri ətraf mühitin qorunması üzərində qurulmuş məhsulların satışına zəmanət verir.

Nəticə

Azərbaycan isə hələ ətraf mühitin qorunması üzərində qurulan istehlakdan çox uzaqdır. Bizdə nə kağızın, nə də digər hər hansı bir zibil növlərinin təkrar emalı var. Reklam çarxından göründüyü kimi, Qəbələ Konserv Zavodunun da tetrapak bağlamasında heç belə bir məqsədi yoximiş. Klassik Azərbaycan menecmenti (marketinqi) əvvəlcə nəsə edirlər, sonra düşünürlər ki, bunu necə camaata sırıyaq. Hələ bu sözləri tamaşaçıya soxuşdurmaq üçün bir xarici də gətiriblər ki, daha inandırıcı səslənsin. Marketinq menecerləri də özlərini tərifləyirlər, lakin satdıqları məhsulu tanımırlar. Müştərinin məlumatsız olmasından istifadə edib yalan məlumat vermək isə belə bir istehsalçıya yaraşmaz, əksinə, məhsula qarşı çox böyük inamsızlıq yaradar.

NT – *.az domeni monopoliyası davam etdikcə harınlayır!
Fasilədən sonra, 2011-ci ilin ilk bloq postumuzu öz işinin adını belə düz yaza bilməyən (şəkildə qeydiyyat sözünə diqqət), Azərbaycan İnternetini geriyə dartan, İnternet xidmətlərini İnternetsiz göstərən və burokratiyanın baş aldığı NT-dən danışmaq istəyirəm. NT – İntrans şirkətinin törəməsidir və *.az domen qeydiyyatı ilə məşğul olur. 100%-lik monopolistdir – Ölkədə 2-ci qeydiyyatçı şirkət yoxdur. Düzdü, kağız üzərində veb.az və s. belələri mövcuddur, lakin bu şirkətlər də NT-yə məxsudur.

NT bu monopoliyadan o qədər harınlayıb ki, İnternetlə bağlı xidmət göstərməyinə baxmayaraq öz saytını 4 ildir ki, yeniləmir (son yenilənmə tarixi: 01.04.2007, Azərbaycan variantı isə 2005). Əsas mövzudan uzaqlaşmayaraq və NT-nin xidməti haqqında danışaq.

Fevral ayının əvvəllərində Azərbaycan İnterneti NT-nin əlindən qan ağladı. Ofis təmirə dayandığı üçün domenlərlə bağlı bütün işlər dayandırıldı (qeyri-rəsmi).

Payızda mənim də başıma gəlmişdi – xəbərdarlıq emaili gəlmədən domenim söndürülmüşdü. Ya NT domen işinin vacibliyini (ciddiliyini) başa düşmür, ya da o dərəcədə harınlayıb ki, istədiyi zaman istədiyini edə biləcəyini hesab edir, müştəri məmnunluğunu qulaq ardına alır. Yəni kefimizə düşsə 1 həftə qeydiyyatı dayandıra, servisimiz cavab verməyə, NS-ləri dəyişməyə, domeni dayandıra, serverləri söndürə, whois sistemini bağlaya bilərik. “Xoşunuz gəlmir? Xoş getdiniz!”

Tvitterdə digər məşhur İT mütəxəssisləri tərəfindən yazılmış  tvitlər:

“Bakının ən bürokratik idarəsi olan NT email və telefonla cavab vermir. Nə edim?”

“NT əvvəlkindən daha da bürokratik olub – getmişəm ofislərinə, amma sən demə, əvvəlcə onlara qeydiyyat forması göndərmək və 3 gün təsdiq gözləmək lazımmış”

“Maraqlıdır, nə üçün NT 3 saat ərzində emaillərə cavab vermir və NS-ləri yeniləmir? İllər gedir, lakin onlarda heçnə (iş prinsipi mənasında (red)) dəyişmir.

Tvitlərdən gördüyümüz kimi,  uzun illərdir ki, NT eyni prinsiplə işləyir. Əvvəlcə email ilə forma göndərirsən, sonra onlardan icazə gözləyirsən, 3 gün ərzində əgər desələr ki, “icazə var” mütləq onların ofisinə gedib ordan domeni almalısan. Ödəmək üçün başqa bir yol, qayda yoxdur. Fərqi yoxdur, siz Qazaxda və ya Gəncədəsiniz – mütləq Bakıya gəlib onların ofisində almalısınız domeni. Allah eləməsin, birdən sizə NS dəyişikliyi lazım olsun. Bunun üçün də yeganə yol email göndərməkdir. Halbuki özünə hörmət edən hər bir ölkədə domen üzrə əməliyyatlar xüsusi sayt və admin panel üzərindən olur. Ölkəmizin analoqsuz inkişafı fonunda mən dünyada İrandan və Azərbaycandan başqa 2-ci bir Dövlət tanımıram ki, onlarda ölkə domenində aşağıdakılar olmasın:

Onlayn domen qeydiyyatı? – Azərbaycanda yoxdur!

Onlayn domen ödəməsi? – Azərbaycanda yoxdur!

Onlayn menecment  (misal üçün, NS dəyişikliyi) – Azərbaycanda yoxdur!

Hətta uzaq Madaqaskar domenini beəİnternet üzərindən almaq, dəyişmək mümkündür.

Bəlkə NT o qədər kasıbdır ki, öz sistemini dəyişməyə pulu yoxdur? Whois.az saytının statistikası əsasında NT-nin gəlirlərini nəzərdə keçirək:

Sistemdə ümumi qeydiyyatlı domenlərin sayı – 10957. Kobud olaraq 957-sini imtina edəcək kimi çıxarıb 10.000-nin illik ödəmə qiyməti 20 manatdan hesablasaq illik gəlir 200.000 manat, aylıq ortalama gəlir isə 16.667 manat deməkdir. (bu yalnız 2-ci il üçün ödəmələrdir). 2010-cu ildə 1.5 ay ərzində qeydiyyatdan keçmiş domenlərin sayı – 477. Subdomain alanların sayı çox az olduğu üçün, lap tutalım ortalama aylıq alış 300 domen X 40 manat = 12.000 manat. Kobud desək, NT-nin (ona qoşma şirkət kimi olan, əslində isə eyni olan veb.az və digər yalançı registrarlar da daxil olmaqla) aylıq gəliri 28.000 manatdan (35000 $) az deyil.

Yəni, NT-nin 1 aylıq gəliri sistemi tam olaraq dəyişməyə imkan verməsinə baxmayaraq hələ də 10 ildən çox qalmış sistemlərini istifadə edirlər…

Burada Rabitə Nazirliyinin də rolu az deyil. Qeydiyyatın 1 əldə cəmləşməsi onlara sərf edir – idarə etmə asandır. İstədiyin vaxt istədiyin göstərişi verə bilirsən. Azərbaycan İnternet Forumunun da bu haqda dəfələrlə bəyanatları olub. Bunları yerinə otuzdura biləcək yeganə qurum ICANN-dır. İnternet ictimaiyyətimiz ICANN-a rəsmi şikayət etməlidir.

Şəxsən mən getdikcə *.az domenindən bacardıqca az istifadə etməyə çalışıram, misal üçün, gördüyünüz kimi parketinq.com və bir sıra digər saytlarımızın  da ( misallar, sosium.com, yazyay.org və s.) domenlərini qeyri az sonasında almağa üstünlük verirəm. Hamıya da tövsiyyə edirəm ki, mümkün qədər *.AZ domenindən uzaq durasınız.

(p.s. Mövzunu davam etdirəcəyəm)

Nokia N8 – Röya hara, texnologiya hara?!
İnternetdə dolaşarkən təsadüfən Röyanın iştirakı ilə Nokia-nın yeni N8 modeli üçün çəkilmiş video çarxa rast gəldim. Bu video diqqətimi dərhal çəkdi, çünki texnologiya sahəsində beynəlxalq brendlərin yeni və məşhur modelləri üçün Azərbaycanda xüsusi çarxlar çox nadir hallarda çəkilir.

İlk baxışdan çox səliqəli görünsə də, bir sıra xətalar reklamın xarizmasını pozur.

Əvvəlcə reklama başdan ayağa diqqətlə baxaq:

<object classid="clsid:d27cdb6e-ae6d-11cf-96b8-444553540000" width="560" height="340" codebase="http://download.macromedia.com/pub/shockwave/cabs/flash/swflash.cab#version=6,0,40,0"><param name="allowFullScreen" value="true" /><param name="allowscriptaccess" value="always" /><param name="src" value="http://www.youtube.com/v/HaouYazRRFQ?fs=1&hl=ru_RU&rel=0&color1=0x3a3a3a&color2=0x999999" /><param name="allowfullscreen" value="true" /><embed type="application/x-shockwave-flash" width="560" height="340" src="http://www.youtube.com/v/HaouYazRRFQ?fs=1&hl=ru_RU&rel=0&color1=0x3a3a3a&color2=0x999999" allowscriptaccess="always" allowfullscreen="true"></embed></object>

Reklamın səliqəli görünməsi, sadə və aydın olması ilə hamı razılaşar, lakin etiraf edək ki, bir reklam çarxı üçün çox uzun alınıb.

İkincisi, Röyanın bəzən süni emosiyalarının heç yeri yox idi (düzü, mən Röyanı daha artistik hesab edirdim). Elə bil, erotik film üçün həzz imitasiya edir.   Röya özünü ağıllı və texnikadan başı çıxan kimi göstərməyə çalışır. Əgər bu sadəcə imic reklamı olsa idi, bəlkə də Röya uğurlu seçim olardı. Razılaşaq ki, o, texniki bir şeyi izah etmək üçün ideal namizəd deyil. Psixoloji olaraq belə bir stereotip var ki, kişilərin texnologiyadan daha yaxşı başı çıxır.

Üçüncüsü, kopiraytinqi apar tulla. Ssenaridə əlavə, yüksüz sözlər, cümlələr çoxdur və çarxın səliqəliliyini çırpır yerə. Misal üçün, “Salam. Mən Röyayam, məşhur müğənni. Yəqin ki tanıdınız” hissəsinin heç yeri yox idi. Boş-boşuna 6-7 saniyə vaxt tutur. Ardınca gələn “Müasir texnologiyalar bla bla bla” cümləsi də quru və şablondur. Sonra, fotodan danışarkən əlaqəsiz formada videoya keçir (1:01 saniyəsində). HDMI haqqında olan cümlədə üç “və” bağlayıcısı var. Final cümlədə isə kopirayter daha böyük səhv buraxılıb: “Bu qədər. Unutmayın ki, yeni Nokia N8 reallığın yeni sərhədlərini açır”. “Bu qədər” ifadəsi bitkinlik bildirir (N8-in imkanları bunlarla bitirmi?) və şüuraltı olaraq “yeni sərhədlər açır” ifadəsi ilə ziddiyət təşkil edir.

Dördüncüsü, kopiraytinqdə konsepsiya xətaları da az deyil”… düşünürəm yeni klipimi N8-ə çəkim” ifadəsində ideya xətası var. Bir az başı çıxan deyəcək ki, “klip çəkmək olursa, nə üçün elə bu çarxın özü N8-ə çəkilməyib?”. “Gördüyünüz bu çarx N8-ə çəkilib” ifadəsi daha güclü səslənməzmi?! Digər tərəfdən, mənim sirrim” deyir, amma telefonu çanta və ya əlindən deyil, qutusundan çıxarır.

Daha sonra, kompüter və çərçivəyə oxşar əşyalar lazım deyil deyir, lakin onlar sonra qədər stolun üstündə və planlarda qalır. Eyni zamanda açıq qutunun tez-tez görünməyi də estetikanı pozur.

Beşincisi, dinamika yoxdur. Sıxıcıdır. Çəkiliş planları çox az dəyişir. Misal üçün, Linaları deyərkən fotoaparatı daha böyük, makro planda göstərmək lazım idi.

Bütün bunlara baxmayaraq  video səliqəli alınıb – montaj, işıq və səs qaydasındadır. Müqaisə üçün, Azerfon-Vodafone üçün çəkilmiş ilk çarxdan 100 dəfə keyfiyyətlidir və mesaj aydın çatdırılıb.

Bir də, diqqət edib gördüm ki, video Youtube-a  TheNokiaAz adlı istifadəçi tərəfindən yerləşdirilmiş ilk videodur və güman ki, bu Nokia-nın Azərbaycandakı rəsmi diskribüteri olan Mobitel şirkətinə məxsudur. Bir çox şirkətlərimizdən fərqli olaraq onların sosial mediaya önəm verməsi böyük bir üstünlükdür.

Mobil operatorların çöl reklamları – Sumqayıtda
Sumqayıtın Nəriman Nərimanov küçəsi ilə bir az addımlayıb mərkəzi küçələrdən biri olan Sülh küçəsinə dönürəm. Küçənin hər iki tərəfi yol boyunca mağazalardan ibarətdir. Xalqımızın ən sevimli alış-veriş predmeti olan mobil telefon mağazalarının əlindən tərpənmək olmur. Mən də fotoaparatımı əlimə alıb onların çöl reklamlarında dair qarşıma çıxan maraqlı kadrları sizinlə bölüşməyi qərara aldım.

Əvvəlki yazılarımın birində qeyd etdiyim kimi, Azercell yarım ildən çoxdur ki, loqosunu dəyişsə də, hələ ki, Bakıdan fərqli olaraq digər şəhərlərin küçələrini tam “dənləyib” köhnə loqolarını dəyişməyib. Misal üçün, sol şəkildə gördüyünüz, üstündə köhnə loqo olan və qarşısında “SimSim burada” yazılan dükan N. Nərimanov  və Sülh küçələrinin kəsişməsində yerləşir.

Sülh küçəsindən H. Əliyev prospektinə dönən yerdə isə bu köşkü görə bilərsiniz:

Sim-Cin-Nar

Əksər mobil telefon istifadəçiləri və satıcıları operatorlarızın məhsullarını Sim,Cin və Nar şərti qısaltmaları ilə çağırırlar. Loqo dəyişkikli Azercell-in geniş yayılmasında böyük rolu olmuş və xalq arasında onun məhsullarına “Sim” qısaltmasını vermiş əfsanəvi “SimSim” brendinin də ölümü ilə də nəticələndi. Brend ölsə də, bu ad hələ də xatirələrdə əbədi qalır…

Simsim satışdan çıxarılsa da bir sıra mağazalarda  köhnə “SimSim” qutularında satılan nömrələr hələ də qalmaqdadır (şəkilini çəkə bilmədiyim üçün üzrlər). Bəli, biz Sim-i unutmaq istəmirik! Həmişə onu “Sim” deyərək də yad edəcəyik…

Sim-Cin-Nar qısaltmalarına öyrəşmiş mobil telefon həvəskarları indi “Azercell” sözünü necə qısaltsınlar? “Azər” deyə? Dialoqda təsəvvür edək: “-Qaqa, səndə Azərdi yoxsa Cin?” “Əşi, nəsə dilə yatmır, odur ki, heç onun adını yazmasaq yaxşı olar!”

Azerfon da öz aləmində, həmişəki ampulasındadır. Nar-ın nə korporativ üslubu qaydasındadır, nə də ki çöl reklamlarına diqqəti. Misal üçün, onun məhsullarını satan bir dükan üçün lövhə düzətdirə bilməyiblər. Deyəsən yaman kasıblayıblar…

Düzünü desəm, Bakcell haqqında nə qədər axtarsam da bir mız tapa bilmədim. Yolum o küçəyə düşsə və rastıma çıxsa mütləq əlavə edəcəyəm.

Bu cür xətaları görmək üçün bir neçə saatlığa şəhərin mərkəzi küçələrini o baş bu baş gəzmək kifayət ola bilər. Bu mənim deyil, müvafiq personalın işidir. Həmin personal bacarıqsız və ya tənbəl olanda isə belə hallar baş verir.

İnternetdən başı çıxmayana həsr olunur (VMF-in timsalında)
Bir çox yerli şirkətlərimizdə İnternet ilə bağlı marketinq və PR işlərinin bərbad gündə olması çoxlarımıza sirr deyil.  Bədbəxtçilik ondadır ki, bu şirkətlərin rəhbərləri və mütəxəssisləri İnternetə mütəxəssis kimi deyil, həvəskar istifadəçi (amateur user) prizmasından baxırlar. Və nəticədə VMF kimi bəzi şirkətlər özləri də başa düşmədən ən hörmətsiz reklam olan SPAM-a (arzu olunmaz məktub) əl atırlar.

Dünya səviyyəli brend üçün SPAM reklamı?!

SPAM-la əsasən viaqra, penis uzadıcı vasitələlər, geydirmə Çin məhsulları reklam olunur və ya Nigeriya məktubları adlandırılan fraudlarlar (aldadıcı məktublar) göndərilir. Dünyanın ən məşhur brendlərindən biri olan VERSACE üçün SPAM reklamı metoduna əl atmaq yalnız bizim şirkətlərin ağlına gələ bilər. Versace-nin baş ofisinin marketinq mütəxəssisləri bunu bilsələr yəqin özlərini asarlar və ya istefa verərlər.

Belə bir brendi SPAM-la reklam etmək axmaqlıqdır, çünki normal bir İnternet istifadəçisi SPAM-ı  (xüsusən də belə bahalı məhsulların reklamını) ciddi qəbul etmir. Şəxsən mən bilməsəydim ki, VMF Versace-nin rəsmi distrübutorudur elə hesab edərdim ki, bu geydirmə (poddelka) məhsullardır. Həmçinin bir çox e-mail saytları spamları tanıyıb onları xüsusi “spam” qutularına salırlar.

Digər tərəfdən, heç olmasa o SPAM-ı da düzgün göndərmək lazımır da. VMF-in SPAM-ı yalnız bir şəkildən ibarətdir. Bəs əgər bəzi e-maillərdə şəkil açılmasa bəs necə? Adətən spam mətninə hər hansı bir sayta keçid də qoyurlar ki, effektivlik və loyallıq da qiymətləndirilsin. Bu reklamda heç o da yoxdur.

Bir haşiyə edim. Maraq üçün şirkətin İnternet saytına da daxil oldum ki, görüm bu kampaniya haqqında nə yazılıb orada. Saytda olan kampaniyalar haqqında Heç bir məlumat yoxdur, ümumiyyətlə, saytdakı bölmələrin böyük bir hissəsi işləmir:

Saytı görəndən sonra belə bir şirkətin İnternetdə SPAM-a “girişməsi” təəccüblü gəlmədi.

Bir məqamı da nəzərə almaq lazımdır ki, SPAM-a əl atmaq həm də xəsisliyin əlamətidir. SPAM göndərmək normal kampaniyadan ucuz başa gəlir və təbii ki, ucuz ətin şorbası söhbəti kimi effekti də çox-çox az olur.

VMF-ə təsəlli üçün qeyd edim ki, bu işdə tək deyil. Misal üçün, İndicə spam qutuma baxdım və içində aşağıdakı yerli spamçılarımızı tapdım: Stefanel, Salamander markalarının Bakıdakı mağazaları, Highpark Hotel, İstanbul FBM estetik klinikası, Geo-Travel və s.  - hamısına böyük bir AYIB OLSUN deyirəm!

Azercell-in Gəncədəki çöl reklamları haqqında
Bir-iki gün əvvəl Gəncə şəhərində ezamiyyətdə idim. Ölkənin ən böyük reklam verən şirkətlərindən biri olan Azercell-in bu şəhərdəki çöl reklamlarının vəziyyətini sizinlə bölüşmək istəyirəm. Yazıdakı şəkillər Gəncədə 10 oktyabr tarixində çəkilmişdir.

Mağazaların çöl tərtibatı

May ayında Azercell-in rebrendiniqi (loqosunu və korporativ üslubunu dəyişməsi) ilə əlaqəli yazı yazmışdıq. Rebrendinq zamanı Ölkədəki bütün müvafiq mağazaların çöl tərtibatı yeni loqo və rəngə uyğun qaydada dəyişdirilmişdi. Aşağıda gördüyünüz Türkan Telekom mağazasının çöldən şəkilidir. Mağaza şəhərin mərkəzində, Univermağın yaxınlığında yerləşir.  Mağazanın vitrinlərinin üstündə loqo lövhəsi dəyişdirilsə də, qapının üstündəki köhnə loqo qalmışdır. Deyəsən, 5 ay keçməsinə baxmayaraq bunu Azercell-in heç bir nümayəndəsi görməyib.

Bilbord və pano

Yadınızdadırsa, Azercell-in rebrendinqi “Dörd milyon səs, Dörd milyon ürək” tizer kampaniyası ilə başlamışdı. 5 ay keçsə də bir neçə yerdə tizerlər hələ də durmaqdadır. :

Daha biri:

Ünvanlarını dəqiq bilmirəm, lakin hər ikisi şəhər mərkəzindən elə də uzaqda deyil. Həmin tizerli pano:

Qeyd edim ki, bu bilbordlar 5 ay ərzində 2 dəfə dəyişilməli idi (tizerin açıqlaması olan reklam və o bitdikdən sora cari kampaniyalardan biri). Pano qeyri-standart olduğu üçün onun üzərində loqo əlavə olunmuş bir variantda  şüar kimi saxlanıla bilərdi.

Aşağıdakı pano isə hətta tizerdən də əvvəl qalıb. Bu reklam uşaqlarla əlaqəli sosial kampaniya çərçivəsində ötən il hazırlanıb. Pano Bakı kinoteatrının üzərində yerləşdirilib:

Rebrendinq səbəbindən bu pano ya çıxarılmalı, ya da dəyişdirilməli idi.

Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədəki reklamlarına qarşı Azercell-in belə yanaşması məni çox təəccübləndirdi. Bu hallar bəzi işçilərin səhlənkarlığı, və ya bu işə məsul işçilərin ümumiyyətlə olmaması də səbəb ola bilər. Məsafədən asılı olmayaraq hər bir plakat, hər bir reklam diqqətdə saxlanılmalı, vaxtında dəyişdirilməlidir. Bu hal şirkətin reklama (o cümlədən rebrendinqə ) ayrılan pullarının səmərəsiz istifadə olunması deməkdir. Ümid edirəm ki, bunun qarşısını almaq və gələcəkdə bu cür halların təkrar olunmaması üçün Azercell-in rəhbərliyi lazımı addımları atacaq.

Portağal qapaqlı Mirinda alma
Yayda ən çox göz qabağında olan məhsullardan biri sərinləşdirici içkilərdir. Bu yazımızda Pepsi-Cola International Company-yə məxsus Mirinda ticarət markası adı altında Mars Overseas Baku tərəfindən istehsal olunan “Mirinda Alma”nın qablaşmasını nəzərdən keçirəcəyik.

Yaşıl şüşənin başındakı narıncı qapaq təcrübəli reklam mütəxəssislərinin diqqətini dərhal cəlb edir. Diqqətlə baxdıqda görünür ki, almalı Mirindanın qapağın üzərində alma əvəzinə portağal şəkili var (yəni, “Mirinda Orange” loqosu).

Sərt korporativ üslublara malik olan brendlər belə xətalara yol vermirlər. Bu səbəbdən İnetrnetdə “Mirinda Apple” axtardım. Təbii ki, orijinal Mirinda Apple-nın qabağı yaşıl olmalı imiş.

Əvvəlcə düşündüm ki, bəlkə bir partiya belə xəta ilə buraxılıb. Axtardım və şəhərimizdə alma qapaqlı heç bir Mirinda tapa bilmədim.

Mars Overseas Baku şirkəti Mirinda-nın korporativ üslubunu kobud formada pozaraq “Mirinda Alma”-ya “Mirinda Portağal”-ın qapağını bağlayır.

İş prinsipimiz – Bas getsin!

Bunun bir neçə səbəbi ola bilər – portağallı qapaqların artıq qalması, yeni qapaq sifarişinin əlavə xərc olması, yeni qapaq sifarişinin vaxtında yerinə yetirilməməsi və s. Lakin heç bir səbəb bu biabırçılığa bəraət qazandıra bilməz!

Bir şirkət ki, təmsil etdiyi brendin korporativ standartlarına və məhsulunun qablaşmasına belə biganə yanaşır, demək məhsulunun istehsalına da belə biganə yanaşa bilər. Şəxsən məndə Mars Overseas Baku tərəfindən istehsal olunan bütün məhsullara qarşı inamsızlıq yarandı. Ayıb olsun!

p.s. Maraqlıdır, Pepsi-Cola şirkətinin bundan xəbəri varmı?