XİDMƏT

Heydər Əliyev adına Bakı Hava limanının xidməti haqqında 15 gülməli-ağlamalı fakt

| 21 şərh yazılıb »
Heydər Əliyev adına Bakı beynəlxalq hava limanı

Heydər Əliyev adına Bakı beynəlxalq hava limanı

Mən indiyə kimi 14 ölkənin 20-yə yaxın aeroportunun xidmətlərindən istifadə etmişəm. Qeyd edəcəyim biabırçılıqların demək olar ki, HEÇ BİRİNİ başqa hava limanlarında görməmişəm.

Aeroportumuz haqqında 15 gülməli-ağlamalı faktla, onun xidmətindən istifadə edən adamlara əlavə stress, narahatlıq, vaxt və pul itkisi yaradan, nəticə olaraq Ölkəmizin imicinə ziyan vuran məsələlərlə tanış olun.

1. Aeroporta ictimai nəqliyyat yoxdur. Bizim aeroportun ən böyük bəlası. Güya 1 kiçik avtobus var, hərdən bir aeroporta gedir, amma o hardan gəlir, hara gedir, aeroportdan nə vaxt çıxır, bilən yoxdur. Metro, elektrik qatarı və s. kimi nəqliyyatlardan heç söhbət belə gedə bilməz. Yalnız taksi. Bu isə, harasa getməyin (fərqi yoxdur, ölkə daxili və ya xarici) bilet qiyməti üzərinə təqribən 30-40 manat (40-50 USD) əlavə xərc deməkdir.

2. Qapıdan təyyarəyə qədər 3 yoxlamanın olması. Beynəlxalq aeroportlarda 2 yoxlama olur, 1-cisi aeroportun girişində, 2-cisi təyyarəyə minik üçün keçərkən. Bizim aeroportda 3-cüsü də var – qeydiyyata keçmək üçün əlavə yoxlama xətti. Təhlükəsizlik baxımından bunun heç bir mənası yoxdur, yalnız insan resursu (pul itkisi) və sərnişinlər üçün əlavə vaxt itkisi deməkdir.

3. Təhlükəsizlik əməkdaşlarının əl metal detektorunu düzgün istifadə edə bilmirlər. 3-cü yoxlamada içindən keçdiyimiz böyük metal detektoru metalın olmaması haqqında səs çıxarmamasına baxmayaraq təhlükəsizlik əməkdaşları əl detektoru ilə üstünü yenidən yoxlayırlar. Bu çox gülməlidir, əgər metal yoxdursa, əl ilə nə axtarırlar? :)  (aydınlıq üçün izah edim ki, böyük detektor “dikkildəyərək” metalın olması xəbərini verdikdən sonra təhlükəsizlik əməkdaşı metalın məhz harada olduğunu təyin etmək üçün əl detektorundan istifadə etməlidir)

4. Yoxlama zamanı body scanner-lərdən istifadə olunması. İnsanların bədən quruluşunu göstərən bu skannerlər avropanın demək olar ki, heç bir ölkəsində artıq istifadə olunmur. Azərbaycanda hələ də qalmaqdadır. Dəfələrlə görmüşəm ki, bəzən keflərinə düşəndə, “ana-bacı” qeyrətinə gələndə qadınları, xariciləri bu skandan keçirmirlər.

5. Gözləmə zallarında monitorlar düzgün quraşdırılmayıb. Təyyarə gözləmə zalında minik başlamasını və ya hansı qapıda minik olacağını bilmək üçün hələ də kiçik, köhnə monitorlardan istifadə olunur.  Bu monitorlar da düzgün yerləşdirilməyib – gözləmə oturacaqlarından görsənmir. Gərək mütləq durub, fırlanıb monitora baxasan.

6. Tualet bərbad gündədir – gec-gec təmizlənir, unitazlar çirkli, əl qurutmaq üçün solfetka yoxdur. Qapı üzərində təmizləmə vaxtlarını göstərən cədvəl yoxdur.

7. Siqaret çəkmək üçün xüsusi yerlər zalların özündə və açıqdadır. Çox gülməli vəziyyətdir. Siqaret çəkmək üçün guya xüsusi yerlər ayrılıb, amma onlar elə zalların özündədir, siqaret çəkməyən adamlar siqaret tüstüsünü udmağa məcburdurlar. Xüsusi yerlər ya açıq havada, ya da kiçik qapalı yerlərdə (otaqda) olmalıdır. Avropalılar bu səhnəni görəndə dəhşətə gəlirlər.

8. Pasport yoxlamasında “Ölkə vətəndaşı” və “Xarici Vətəndaş” bölgüsünə riayət olunmur. Bütün dünyada olan bu bölgü pasport yoxlamasını daha tez və effektiv aparmaq üçündür. Bizdə isə kim harda gəldi dayanır və pasport xidməti də belə sərnişinləri yoxlayır. Halbuki aeroport əməkdaşları bunun qarşısını almaq və sərnişinləri daha nizamlı olmaları üçün yardımçı olmalıdırlar.

9. Bəzi adamlara xüsusi “yanaşma”. Dəfələrlə şahidi olmuşam, pasport yoxlamasını gözləmək üçün növbəyə durursan. Bir də görürsən ki, hər hansı aeroport əməkdaşı kiməsə növbədən kənar pasport yoxlamasından keçməyi üçün şərait yaradır. Bu bütün növbə gözləyənlərə qarşı hörmətsizlikdir.

10. Bəzi əməkdaşlar  formasız və ya yaxa kartı olmadan xidmət göstərirlər. Bəzən kimlərsə ortalıqda formasız gəzir, göstəriş verir və s.

11. Terminalı tərk edərkən çantalar yoxlanılır. Hətta bəzən əməkdaşlar çantaları skanerdən keçirmədən və heç bir səbəb göstərmədən sərnişinə çantanı açmağı əmr edirlər. Bu təhlükəsizlik tədbiri ola bilməz, çünki artıq aeroportu tərk edirsən. Nə üçün olduğunu indiyə qədər kəşf edə bilməmişəm. :)

12. Pulsuz wi-fi və İnternet avtomatları var, amma işləmirlər. Azerfon şirkəti aeroportda pulsuz wi-fi və İnernetə daxil olmaq üçün xüsusi avtomatlar quraşdırıb. Ötən həftə aeroportda olanda heç biri işləmirdi.

13. Polis-Təhlükəsizlik-Taksi sözləşmələri var. Görünür, aeroportda taksi mafiyası var. Bunun necə işləməsi haqqında xüsusi məlumatım yoxdur, amma aeroport əməkdaşları çıxarkən məhz hansısa bir taksiyə oturmağı israr edir.

14. Saytlar bərbad vəziyyətdədir. Keçək İnternetə. Təsəvür edin xaricdən kimsə aeroport haqqında məlumat axtarır. Google-da axtarış edərkən “baku airport” açar sözlərini yazarkən aşağıdakı nəticə çıxır:

Aeroportun hələ də AZAL-ın köhnə loqosu qalan uzun illərdir əl dəyilməyən, bərbad günə qalmış  saytı (əgər sayt demək olarsa) -

Heydər Əliyev adına Bakı Aeroportunun saytı

Heydər Əliyev adına Bakı Aeroportunun saytı

 

Ground Handling Company-nin işləməyən saytı

Ground Handling Company saytı

Ground Handling Company saytı

AZAL-ın saytı isə heç ilk onluqda nəticələnmədi. Dünyaya baxan sifətimiz bu saytlardırmı?!

15. Ən sonda, Ölkəyə gələrkən sizi gülərüz deyil, mısmırıq sallayan, kobud davranan personal qarşılayır. 

Əgər sizin də bu siyahıya əlavələriniz varsa, şərhlərdə mütləq qeyd edin.

* * *

NƏTİCƏ - Bu səviyyədə aeroport xidməti Ölkənin imicinə və turizminə böyük bir zərbədir!

Xırda və ya böyük – heç fərqi yoxdur, bütün bunlar bir aeroportda toplananda böyük bir biabırçılığa səbəb olur. Eurovision-a gələcək minlərlə qonağı bu səviyyədə olan aeroport xidməti ilə qarşıyayacağıqmı?!   Maraqlıdır, görəsən Heydər Əliyevin adını daşıyan aeroportumuzun rəhbərliyi kreslodan qalxıb Avropa aeroportlarını ziyarət edibmi? Niyə bizim aeroport o səviyyədə deyil? Bizim buna pulmuz çatmır? Bəlkə istəyimiz çatmır? Daha yaxşı xidmət göstərmək üçün istək. Yuxarıda qeyd olunan biabırçılıqların səbəbi rəqabətsizlikdə və idarəetmədədir.

P.S. 

İndi yeni aeroport inşa edilir, lakin əgər idarəetməmiz bu gündə qalacaqsa nə qədər böyük, geniş bina tikilsə də, xidmətdə heçnə dəyişməyəcək .



21 şərh yazılıb | Şərh yaz

  1. >> 11. Terminalı tərk edərkən çantalar yoxlanılır.

    Gömrükü deyirsən sə, bu bunların “çörək ağacıdır”.

    Ümümiyyətlər hər şeynən razıyam, bu cür nefti pulu olan ölkə üçün belə aeroport biabırçılıqdır. Baxaq görək yeni tikilən necə olacaq. Amma həmən səviyyəli personal işləsə, qeyri-adi bir şey gözləməyə dəyməz…

    Cavab yaz
  2. Xüsusi quraşdırılmış kofe, çay cihazlarında ya kofe olmur, ya çay olmur, ya da stəkan. Özüm dəfələrlə bunun şahidi olmuşam.

    Cavab yaz
  3. “Профессиональный информативный сайт международного аэропорта Азербайджана, принадлежащего Гейдару Алиеву и расположенного в Баку.”

    Cümləsinin hərfi tərcüməsi belədir:

    “Heydər Əliyevə aid olan və Bakıda yerləşən beynəlxalq Azərbaycan havalimanının peşəkar informativ saytı”. :) )))))))

    Həs sözü bir anekdotdur.

    “Heydər Əliyevə aid olan..” nədir? Dədəsinin malıdır?

    “Bakıda yerləşən beynəlxalq Azərbaycan havalimanı” nədir? Birbaşa beynəlxalq Bakı havalimanı yazsaydılar olmazdı sanki.

    “..peşəkar informativ saytı..” ümumiyyətlə cəfəngiyatdır. Peşəkar sayt DLE-də yığılıb, informativliyi isə təkçə rusça olmağı ilə məhdutdur.

    Ümumiyyətlə isə sayta baxsanız, onun ya hack olunduğunu ya da ki biri tərəfindən qəstən körlandığını görəcəksiniz, çünki son yazılar tamamilə mənasız yazılar təşkil edir:
    “При работе двигателя”
    “На эффективность”
    “Использование самых совершенных рабочих процессов”
    “Уменьшает содержание оксида”
    “Это и низкие давления”…

    Qısaca, sayt müəssisənin güzgüsüdür. Təkçə saytına baxıb havalimanının vəziyyəti haqda nəticəyə gəlmək olardı :) )

    Cavab yaz
    • Sanki bu sayt qusursuz işləyir. Uçuş vaxtlarına baxmaq ucun, tək təfərli sadece gediş seçənəyini seçirsənsə belə, o button islemir. Gərək mütləq gediş dönüş tarixini yazasan. Sonra axtardığını səhv olaraq nəticələndirsin. O səhv olaraq çıxmış pəncərədə düzəliş edib, bir terefli gediş seçənəyini seçdikden sonra var olan uçuş vaxtlarına baxmaq mümkün olur.

      Cavab yaz
  4. 3-cü bəndlə bağlı. Əgər bilmək istəyirsənsə, mərmər və yaxud xüsusi kağıza bükülmüş cismləri detektor tutmur. Detektorla bilmirəm, amma əllə aramaları belə halları aşkarlamaq üçündür.
    4-cü bəndlə bağlı. Body scanner-lərdən xüsusi şübhəli insanları keçirirlər. Misal üçün çox arıq insan bədəni üzərində narkotik paketlər keçirə bilər. Belə hallar üçündür bu. Eləcədə metal olmayan digər dəyərli yaxud qadağan olunmuş məhsulları və ya materialları keçirə bilər. Misal üçün, rusiyada 1 nəfər məlum yerində uranium çubuğu daşıyarkən tutulmuşdu.
    5-ci bəndlə bağlı, tamami ilə razıyam. Hətta monitordan çox vaxt oxumaqda belə olmur. Bir böyük stend etsinlər, 1000-dəfə yaxşıdır.
    9-cu bəndlə bağlı, onsuzda VİP xidməti var. Ayrı zal və ayrı passport qeydiyyat-yoxlama zalı. O xidmətə 50 manat vermirlər, adama 20 manat verirlıər ;) fərq :)
    12 heç harda işləmir. Nar-Mobile-dirdə.
    13 o fason bir şey var, amma yenədə növbədə duran taksiyə əyləşə bilərsiniz.
    14 – “SilkWay” niyə axtarmırlar?
    15-i heç vaxt dəyişə bilməyəcəksən.

    P.S.: Onlara imic yox, pul maraqlıdır ;) Yək AEROPORTDUR! Nə ətsəndə, Azərbaycana oradan gələcəksən :(

    Cavab yaz
  5. Saydiginiz problemlerin hamisi insan faktoruna dayanir. Bizim milletin (men ve qohum-eqrabam daxil olmaqla) medenilesmeye ehtiyacimiz var. Demirem berberik. Amma bir cox movzuda cox eksikliyimiz var. Bu yalniz xidmet vermeye aid deyil, ele xidmet almada da beleyik. Yollara zebralari qoydular ki avtolar piyadalara yol versin. Amma indi de piyadalar bundan istifade edirler. Yol kecmek edebi bize hele catmayib ve s ve s. Istenilen ciddi/qeyri-ciddi problemimizin arxasinda insan fakoru dayanir. Ozumuzden baslayaraq medenilesmeliyik. Bir vaxt avropaya tualet medeniyyetini, hamam ve temizlik medeniyyetini biz oyretmisik. Bundan coxumuz xeberi yoxdur. Indi ise onlar bize baxib berber adlandirirlar. Ozlerine gore haqlidirlar. Ozumuzu beyensek de, cox hallarimiza gore yadlarin gozunde berberik. Turkiyeli bir dostumuzun usagi Azerbaycan kucelerini ve insanlari gorub atasina “ata, bu insanlar yere tupururler!!!” deye teccubunu bildirmisdi. Saydiginiz problemler aeroport reisinin yox, gomruk iscisinin yox, senin ve menim problemlerimizdir. Ne qeder ki, yaxsiligi tovsiye edib, pislikden uzad durmagi her fursetde teblig etmirik bu bele davam edecek. Ne qeder ki, ozumuz arzu etdiyimiz kimi olmuruq bu bele davam edecek. Turkiyede ictimai tualetlerde bele bir yazi olurdu: bulmak istediginiz gibi birakin. Nece gormek isteyirsen o sekilde qoy get. Bizim her movzuda buna riayet etmeyimiz lazimdir. Yoxsa senin ovladin da menim nevem de onun neticesi de bu “14 madde”leri yazacaq pozacaq..

    Cavab yaz
  6. maraqli yazidir…bir əlavəni də mən deyim orada hətta 1 stəkan çayin qiymetinin 3 man. olduğunu da eşitmişəm…

    Cavab yaz
      • Bu sorğu səyahət edənlər arasında aparılıb, hər halda aeroport nəzərdə tutulur! Bizim aeroportda isə mənim ən xoşuma gəlməyən şey ora nəqliyyatın olmamasıdır. Digər yazdıqlarnda heç olmasa adamın cibindən pul getmir. Hər halda Eurovisiona qədər düzəldərlər və ondan sonra da həmişəlik normal xidmət olar yəqin.

        Cavab yaz
  7. Bağışlayın, azərbaycanca yazmıram, çünki ilk olaraq yazını rusca aliev.ws-də oxudum və şərhi ilk orada yazdım, ona görə bura tərcüməsiz kopiyalayıram:

    Этим летом, я успел побывать в трех различных аэропортах и скажу, что все не так уж и плохо!
    Я был в Пражском, в Венском и естественно в нашем аэропорту. Давайте по пунктам скажу свое мнение:
    1. К сожалению, согласен.
    2. и 3. Считаю, что лучшая проверка, из трех вышеперечисленных терминалов была у нас! И то, что везде двойная проверка, а у нас тройная, тут нет ничего страшного и как писал автор “лишней потери времени пассажиров” тоже нет, максимум 2-3 минуты!
    4. Body-scanner, действительно проверяет не всех. К примеру меня не проверяли, зато проверили мужчину, который был после меня. Тут, скорее, психологический вопрос. Эта проверка не является основной. Ею проверяют тех, кто вызывает подозрение у проверяющих. А лишняя проверка – никогда не бывает лишняя.

    Кстати, в Европейских аэропортах люди работают как автоматы, в отличии от наших, где к каждому пассажиру индивидуальный подход.

    5. Согласен.
    6. и 7. Не пользовался, не курил – не знаю :)
    8. Не согласен. При вылете у нас не было разделения, т.к. мы летели не местной компанией, а австрийскими авиалиниями, то и окошечко было одно. Но по возвращению, через одну чередовались “окошечки” для местных и иностранцев.
    9. 10. и 11. Не встречал.
    12. Честно говоря, не помню, я подключился или нет, но сеть была. А так, согласен, должен быть free wi-fi от самого аэропорта.
    13. Опять-таки не встречал, т.к. ехали на “своем” такси.
    14. Вроде не те ссылки на скрине: azal.az Да и каким образом, автор сделал поиск azerbaijan airport, если после ввода в google, “azerbaijan a”, он сам дописывает azerbaijan airlines ?
    http://twitpic.com/75xiwk

    15. Полностью не согласен. Возможно по той причине, что я был в Чехии и в Австрии, где сами люди холодные, в Баку было особенно другое отношение. Если в Европе персонал чуть ли не клеит кончики своих губ скотчем, что бы псевдоулыбка не отпала, то у нас этого не требуется.

    Короче, вот так мне “повезло” :)

    Cavab yaz
  8. siz nie bi dene weyi demirsiz ki butun olkere girende welcome “olkenin adi” bizim olkeye girende welcome to nar mobile yazilir :D

    Cavab yaz
  9. Bir aeroport ishchisi kimi sizinle chox sheyde razi deyilem,xususilede tehlukesizlik hakda,elnen yoxlamarar,guclendirilmish ish rejimikimi terminler var, ferg etmir,sen eladi ya elemedi,her kes elnen yoxlanmalidirlar,body scanner-ler po jelaniyu mojno otkazatsa,sonra formalara geldikde,aeroport erazisinde,formasiz ve yaxud kartsiz ishchi ola bilmez,olanlarda ise xisusi strukturlarin ishchileridi,onlarin icazeleri var.Sonra ayaq yoluna geldikde ise,mende dunyanin chox olkelerinde olmusham,ve bizimki bezi yerlere baxanda chox seligelidir.chox sozleriniz haksizdi,chunki aeraport hakda nese yazanda icheriden yaxshi tanimax lazimdi,en azindan 2 gun erazisinde gezib,ichini gormek lazimdi.Pasport yoxlayanlara gelende ise,mende naraziyam,orda ishleye ishleye olkeni terk ederken problemler yaratmishdirlar.Xususi yanashma strukturunun adi fast trackdi,novbede dayanmamaq uchu sernishin pul verir ve kechir,bu ganunidir.Chantalarin tekrar yoxlanilmasi normaldi,Deklarasiya deyilen bir kagiz var,onu duzgun doldurmadiqda,ve yaxud bezi olkeler varki ordan geldikde her zaman yoxlanilir,ona gomluk ishchileri,kontrabanda ishchileri nezaret edirler.Internet ve wi-fi var,sadece siz duzgun ishletmirsiz,her defe avtomata yaxinlashanda connect duymesini basmax lazimdi.Polis-Tehlukesizlik taksi..duzgun sohbet deyil,sadece emekdashlar ishden chixarkan xaltura edir ve evine bir az pulnan getmek isteyir,eger ogurluq elamirse,verilen maashi bes olmursa ailesini dolandirmaga,takside ishlemek gebahetdir?!Axrincisi ise,bizim milleti taniyarkan,guler uz ve xosh davranish gorsetmek olmaz,chunki o zaman bundan bashlayirlar istifade etmeye,ve neticede sen pis olursan yumushax xesiyetine gore! bagishlayin seyflerim varsa,men azerbaycan dilinde yazmaga bir az chetinlik chekirem.Amma bu movzuda ishtiraksiz gala bilmedim!Rus dilindede yazmaga meslehet bilmedim.

    Cavab yaz
  10. P.S ne vse tak ploxo.Semed Vurgun baginin yaxinligindan 16 nomreli avtobu gedir,birincisi seher 6:30 axirincisi ise 20:00 da chixir,gedish cedveli ise her 30 degigeden bir yola dushur.

    Cavab yaz

Şərh yaz