Bu dəfə sizə Super Online – SOL MMC-nin “domen pulsuz alınır” adı ilə necə fırıldaq işlətməsindən danışacam.
Əvvəlcə sizə şirkətin müştəri cəlb etməsi “strategiyasından” danışım. Şərtlərə görə guyaki kim bu şirkətdən hostinq alırsa domen pulsuz verilir. Buna görədə bir dostum SOL MMC-dən hostinq almağa gedir, onun üçün iqtisad.az domeninin alınmasını qeyd edir və onunla 59 AZN dəyərində kontrakt bağlanır. Onlarda şərtlərdə olduğu kimi iqtisad.az domenini pulsuz verməyi öz öhdələrinə götürürlər.
1 gün sonra şirkətdən zəng edib deyirlər ki, bu domen yalnız hüquqi şəxslər tərəfindən alına bilər, fiziki şəxslərə satılmır. Başqa variant yoxdur deyə domeni öz adlarına alırlar. Dostum onlara inanaraq etiraz etmir.
Bir neçə gün əvvəl mənimlə görüşəndə bildirdiki “sən bilərsən, niyə görə iqtisad.az demenini ancaq şirkətlərə satırlar”. Bildiyimə görə NT şirkəti yalnız bölgə adlarını nə hüquqi nə də fiziki şəxslərə satmır. Həmçinin brend, beynəlxaq şirkət və beynəlxalq təşkilatların adları məxsus olmasını təsdiq edən sənəd olmadan verilmir. Yerdə qalan bütün domen adlarında onu şirkətə və ya fiziki şəxsə satılmasında problem olmamalıdır. Demək burada ya domeni mənimsəməkdən söhbət gedir ya da şirkət adi domen almaq əməliyyatını apara bilmir.
Dərhal NT şirkətinə zəng edib dəqiqləşdirdik və oradan məlumatın yanlış olduğunu dedilər. Dostumla birgə SOL MMC-yə getdik. Özünü oranın müdürü kimi təqdim edən Vuqar adlı şəxslə görüşdüm və iqtisad.az domeninin nə üçün şirkətinizin adına alınmasını soruşdum. O da telefonda deyilmiş sözləri təkrar edərək “Bu domen ancaq hüquqi şəxslərə satılır” cavabını verdi. Telefonu mikrafona qoydum və NT şirkətinə zəng etdim. Telefonda təsdiqlədilər ki bu domen fiziki şəxsə satıla bilər belə bir qayda yoxdur. Soruşanda isə dedilər ki, Vüqar adlı şəxs ümumiyyətlə SOL MMC-dən bu məsələyə görə bizə zəng etməyib. Əgər olsaydı belə biz elə söz deyə bilməzdik, həmçinin NT şirkətindən bildirildi ki, qaydalara görə bunu dəqiqləşdirmək üçün domen formasını rəsmi olaraq fiziki şəxsin adına doldurub göndərməli idi daha sonra rəsmi cavablandırmalıydıq. Bütün bunlara etiraz edən Vüqar adlı şəxs tez-tez mənə bu sözləri deyirdi “Siz vaapşe müştəri deyilsiniz, qoy müştəri danışsın və s.” (Yəni dostuma kömək etməyimə mane olurdu). Mübahisə vaxtı dostum deyəndəki siz nəyə görə mənə zəng edib aldadırdınız, Vüqarın cavabı bu oldu “yaxşı oğlan idinsə telefonda razılıq verməzdin, araşdırıb sonra cavab deyərdin”
Bu cür addım atan şirkətdən təbii ki belə səviyyəsiz davranışı da gözləmək olardı. Ataların bir məsəli var oğru elə bağırdıki doğrunun yadından çıxdı. Biz tələb etdik ki, domen sifarişçinin adına keçirilsin.
Növbəti gün, bir daha zəng edib Vüqar adlı şəxsdən soruşduq ki, öz səhfinizə görə yaranmış vəziyyəti dəyişərək domeni dostumun adına keçirdəcəksizmi? Vüqar adlı şəxsdən cavab verir ki, əvvəlcə siz məktub yazın sonra baxarıq. 10 dəqiqəyə məktubu yazıb apardıq. Orada dedilər ki, gedib kontrakti gətirin, kontraktı ləğv edək, sonra gedin NT-dən özünüz alın.
NT-nin qaydalarına əsasən, əvvəlcə domenin indiki sahibi domendən imtina etməlidir, sonra yeni müştəri almalıdır. Bizi bir neçə dəfə get-gələ saldıqdan sonra kontrakt ləğv olundu, lakin üstündən 1 həftə keçməsinə baxmayaraq hələ də domendən imtina olunmayıb. NT şirkətindən dəfələrlə maraqlandıq və bizə bldirdilər ki, “Bizə Superonline-dan imtina məktubu gəlməyib”. Maraq üçün soruşduq ki, belə problem başqa müştərilərlə də yaşanıbmı. Cavabın Superonline-ın əməkdaşlarının xoşuna gəlməyəcəyi üçün yazmasaq yaxşıdır
SOL MMC-ə bir daha zəng etdim. Dedilər ki məktub kuryer vasitəsilə göndərilib. Gülməlidir, kuryer şirkəti Caspian Plazadan Sahilə kimi gedəcək məktubu 1 həftəyə aparıb çatdıra bilmir?!
Təsəvvür edin, kimsə bir veb layihə hazırlamaq fikrinə düşür və Superonline-a (SOL MMC) müraciət edir. Layihənin adı ilə bağlı olan domen üzərində nə qədər get gələ düşməlidir?! Nə müştəridən üzr istəmək nə də domeni onun adına keçirtməkdən söhbət belə açmayan bu şəxs sanki, “nə istəsəm edə bilərəm” kimi davranırdı. Ümumiyyətlə isə bu cür mədəniyyətsiz şirkət ilə işləməkdənsa heçvaxt layihənin adını belə demək olmaz.
Hər dəfə onlara zəng etsək, elə indidə telefonu götürüb onlardan soruşsanız deyəcəklər ki, məktubu kuryer ilə göndərmişik. Sonra NT şirkətinə zəng etsəniz deyəcəklər məktub filan gəlməyib.
Son vəziyyət: Aşıq-aşkar adamın üzünə dururlar ki, domendən imtina etmişik.
Nəticə: Mən sizə Superonline şirkətinin bu cür xidmətindən istifadə etməməyi tövsiyyə edirəm. Müştəriləri aldadan bu cür şirkətlər sabah sizi də pis vəziyyətdə qoya bilər.
Ümumiyyətlə, “Domen pulsuz verilir” kimi kampaniyalara müraciət edib əsəb və vaxt itirməkdənsə, domeni həmişə özünüz alın.



Mən 1 ildən artıq idi ki, bu provayderdən istifadə edirdim. Bütün il ərzində bir dəfə də olsun hansısa bir mövzuda (ödənişin bircə gün gecikdirilməsi və s.) bunlardan güzəşt görmədim. Hətta, son zamanlarda mənə elə gəlirdi ki, onlar mənim internetimi alırlar, mən onların yox. Keyfiyyətsiz internet, keyfiyyətsiz müştəri xidmətləri sırf bu şirkətə aiddir. Son zamanlarda verdikləri internetin səviyyəsi isə sözlə deyiləsi deyildi. Şikayət etdikdə isə məsələyə baxmaq əvəzinə, mənasız bəhanələrlə yola verilirsən. Kimdə bu provayderdirsə, interneti keyfiyyətsizdirsə və hər dəfə müştəri xidmətlərinə zəng edəndə “modeminizi gətirin”, “xəttiniz pisdir bəlkə, dəyişdirmək lazımdır” kimi bəhanələr eşidirsinizsə, buna qəti aldanmayın! Sadəcə olaraq, provayderinizi dəyişin. Hazırda “Alfanet” işlədirəm və həqiqətən də çox, amma çox razıyam. “Superonline”dan o qədər çəkmişəm ki, yazmaqla ürəyimdəkilər bitmir, eynisini də dostum yaşayıb. Ona görə də bunlara üz tutmamışdan öncə yaxşı düşünmənizi siravi vətəndaş kimi sizlərə məsləhət görərdim.
cox sag ol hegigeten de bu yazilara gore )
men bunlardan host almaq isteyirdim, alasi olmadim
Gulara sen de sag ol. Aqshin commentinizi LIKE etmek olsaydi, eliyerdim
SuperOnline bildiyime gore eveller interneti Azeronline’dan gotururdu, ve hammi gileylenirdi. Indi ise kechib domain, “Alqı-atqısına”. ondansa 40 AZN ödəyib NTdən alsaydı daha yaxşı olardı, hostingidə xarici ölkədən. Yazıya və xəbərdarlıqa görə çox sağolun!
Umumiyetle SOL MMC-dan neler ve neler yazmaq olar. Bir meslehet vere bilerem size ki, gedin onun yanina, imtina mektubunu sizin yaninizda yazsin ve ozunuz aparin NT shirketine. Siz birinci mushteri deyilsiniz kimle SOL MMC bele reftar edir.
Aytan, bunu elemek uchun her gun gedilir onlarin ofisine, amma Mudurleri ofisde olmur. Oyun oynayirlar chox seviyyesiz butka sirketdiler. amma qiraqdan baxan ele bilir ki ish gorurler
Vüqarı it ilindən tanıyıram. Hələ heç bir şirkət açmadığı, təkbaşına kompüter yığdığı vaxtlardan onun işi yalnız fırıldaq üzərində qurulub. O müştərini aldatmaq psixologiyasının Azərbaycanda bəlkə də ən birinci mütəxəssisdir. Heç bir qüsuru görünməsə belə onun adı ilə bağlı nə varsa, yanından düz keçirəm. İstər alqı-satqı olsun, istər xidmət, fərqi yoxdur. Bilirəm axırı fırıldaq olacaq. Sonra əlimdən xata çıxar.
2 gün əvvəl domeni alan dostum yeniden ora getdi, Vüqarı güclə tapdı, deyirki göndərmişik imtina məktubunu. elə onun yanında götürüb NT-dən soruşdu təbii ki göndərilməyib cavabı gəldi. Vüqar da dedi ki məni narahat etməyin domendən imtina etmiyəcəm. Açıq aşkar deyir ki, qoy lobumnan sər yerə məni. Təbii ki əldən xəta çıxmasın deyə dostum oranı tərk etdi, mən də dedim belə adamlar şüvən olur çırtma vurmamış qaçır polis yanına. Dəymə axır əvvəl kimsə səbrsizin birinə rast gələcək hamının acığın çıxacaq ondan
Verin mehkemeye
Kontrakti ele tertib edibler ki, sonradan oz xeyirlerine firlada bilerler chox gumanki. Hemde bizde bunun uchun pul yoxdur mehkeme huquqshunas ve s. chox tesuf
Bilirsiz yashim az olsada derk etdiyim budurki indi shirket yaratmaqi ushaq oyuncagi edibler.Savadlisi savadsizi bir az vesaiti olan adamlar hansisa bos bogazin verdiyi gelirli teklifi heyata kecirdir mohur alir ki kisinin oglu pul qazanacaq.ferqi yoxdur burda mushteri aldanacaq ve yaxud bashga bir problem cixacaq esas cibe pul gelsin ve buda getririb SOL-AZ kimi shirketlerin yayilmasina ve o shirketlerde VUQAR kimi “SAVADLI”,”"MEDENIYYETLI” ve sozun esl menasinda (uzr isteyirem etikadan kenar sozume gore) Borzu-Chmolar ish bashina kecir.Rafael 20 yas…