MARKETİNQ

Jalə bulaq suyu – niyə məhz Tetrapak qablaşmasında?!

| 21 şərh yazılıb »

Jalə Qazsız təbii bulaq suyu - 1 litr PrizmaƏziz oxucular, bloquma bir müddətlik fasilə verdiyim üçün hamınızdan üzr istəyirəm. Bunun texniki və subyektiv səbəbəbləri olsa belə, heç bir bəhanə gətirmək istəmirəm. Heç bir bəhanə ilə bunu əsaslandırmaq olmaz! :( Çalışacağam ki, bir də belə fasilələr etməyim, yoxsa bizim marketinq bazarının “oyunçuları” özlərini lap buraxırlar. Əsas mövzuya keçməzdən əvvəl isə, bütün oxucularımdan bir xahişim var. Əgər bir də görsəniz ki, yenə fasilə vermişəm, xahiş edirəm, məni şiddətlə qiniyin!

İndi isə, Parketinqə davam. :)

Bu yazımda Jalə sularının marketinqindəki bir məqama diqqət yetirəcəyik – Suların adətən plastik və ya şüşələrdə olmasına baxmayaraq nə üçün bu suyu məhz tetrapak tipli qablaşmada (qalın kağızdan hazırlanan xüsusi qablaşdırılma) bazara çıxıb?

Tetrapak qutularda adətən meyvə şirələri və süd məhsulları bazara çıxarılır. Əsas səbəb bu qablaşmanın işıq keçirməməsi ilə içindəki mayenin tərkibini qorumasıdır – bir sıra üzvi maddələr işığın təsirindən tez parçalanır. Tetrapak tipli bağlamanın maddi olaraq başagəlməsi plastikdən və şüşədən (şüşə təkrar istifadə oluna biləcəyini nəzərə alsaq) nisbətən bahadır. Bu isə, məhsulun qiymətinə az da olsa təsir edir. Müqaisə üçün, plastik bağlamada olan 1 l-lik qazsız Bonaqua və Aquavita suaları 40 qəpiyə, Jalə Bulaq suyu isə 50-60 qəpiyə satılır. Mən heç məsələnin psixoloji tərəfinə toxunmuram – suyun şəffaflığını insanlar vizual olaraq açıq gördükdə onu daha həvəslə ala bilərlər.

Çox maraqlıdır, nə üçün məhz tetrapak? Qəbələ Konserv Zavodunun yeni məhsul xətti açmağa pulu olmayıb, yoxsa nə?! Bunu dəqiqləşdirmək üçün şirkətin saytına da diqqət yertimişdim – orada da “nə üçün məhz tetrapk?” sualına cavab tapa bilməmişdim.

Tetrapakdakı Jalə suları bir müddətdir ki, bazara çıxarılsa da, yalnız bu yaxınlarda onun reklamı işıq üzü gördü.  Nəhayət ki, bu reklamda sualın cavabı səsləndirildi. Reklam çarxına diqqət yetirək.

 

 

Görün bu kişi nə deyir:

“Şəffaf qablarda suda mümkün olan bəzi mikroblar gün şüalarının nəticəsində canlanıb inkişaf edə bilər. Tetrapak qutularda isə karton və xüsusi alüminium kağızı gün şüalarını əks etdirir”.

Birincisi, bulaq suyunda mikrob nə gəzir? Əgər bulaq suyuna haradansa az da olsa mikrob düşürsə, bu o deməkdir ki, suyun çıxarılması zamanı müəyyən normalar pozulmuşdur və ya çirklənmişdir. Bu artıq bulaq suyu ola bilməz. Mikrob kanalizasiya suyunda və ya insanın istifadə etdiyi müəyyən sularla təmasda olan və qarışan sularda olur. Əziz Ben Pauel, nəzərinizə çatdırım ki, suda mikrob varsa, o artıq yararsız məhsuldur və o istehlaka çıxarıla bilməz.

Davamına diqqət edək:

Aseptik doldurma (steril doldurma. red.) texnologiyası ümumiyyətlə mikrobların daxil olmasına imkan vermir.

Bu cümlə özündən əvvəlki cümləni təkzib edir və deyir ki, bu suya mikrob düşmür.  Yaxşı, bu suda mikrob yoxdursa o zaman hansı mikrobların inkişafından söhbət gedə bilər?

Və kuliminasiya:

Yalnız tetrapaklarda su uzun müddət öz təbii keyfiyyətlərini saxlaya bilər.

Bu cümlə yalandır. Tərkibində üzvi maddə olmayan, yalnız minerallar olan su həm plastik, həm də şüşə qabda öz keyfiyyətlərini eyni qaydada saxlayır.

Tibbi və gigiyenik baxımdan reklamdakı izahın heç bir məntiqi yoxdur – mənasız və savadsız əsaslandırma!

Beynəlxalq marketinq təcrübəsi

Məndə sual əmələ gəldi, görəsən xaricdə hər hansı bir şirkət adi suyu tetrapak tipli qablaşmada bazara çıxarıbmı? Yəni, rəqiblərindən baha olacaq bir məhsulu hansı prinsiplə bazarda yeritmək olar?! Axtarış nəticələrindən 2-sinə diqqət yetirək – Envo və Plant it Water suları.

Bu şirkətlər çox gözəl əsaslandırma ediblər. Səbəb çox aydındır – ətraf mühitin mühafizəsi! Kağız – təkrar emal olunan məhsuldur – plastik isə yox! Plastik istehsalı ətraf mühitə ziyan vurur. Avropa və Amerika vətəndaşları (alıcıları) ətraf mühit məsələsinə çox diqqət yetirirlər, getdikcə daha az plastik istifadə etməyə çalışırlar, ekologiyaya ziyan vurmayan məhsulları alırlar. Onların bu istiqamətdə düşünmələri ətraf mühitin qorunması üzərində qurulmuş məhsulların satışına zəmanət verir.

Nəticə

Azərbaycan isə hələ ətraf mühitin qorunması üzərində qurulan istehlakdan çox uzaqdır. Bizdə nə kağızın, nə də digər hər hansı bir zibil növlərinin təkrar emalı var. Reklam çarxından göründüyü kimi, Qəbələ Konserv Zavodunun da tetrapak bağlamasında heç belə bir məqsədi yoximiş. Klassik Azərbaycan menecmenti (marketinqi) əvvəlcə nəsə edirlər, sonra düşünürlər ki, bunu necə camaata sırıyaq. Hələ bu sözləri tamaşaçıya soxuşdurmaq üçün bir xarici də gətiriblər ki, daha inandırıcı səslənsin. Marketinq menecerləri də özlərini tərifləyirlər, lakin satdıqları məhsulu tanımırlar. Müştərinin məlumatsız olmasından istifadə edib yalan məlumat vermək isə belə bir istehsalçıya yaraşmaz, əksinə, məhsula qarşı çox böyük inamsızlıq yaradar.



21 şərh yazılıb | Şərh yaz

    • Dəqiqdir. Əgər bulaq suyunun bakterioloji analizində bakteriya çıxsa demək ki, insan tullantısı olan hər hansı mənbə ilə təmasda olur. 100%. Mən ixtisasca həkiməm.

      Cavab yaz
  1. Bulaq suyunun mikrobsuz olması iddiası hardan çıxdı? :)
    Ksğıx qabn istifadəsinin əsaslandırılması doğurdan da düzgün verilməyib.

    Cavab yaz
  2. Əslinə qalsa günəş işığındakı ultrabənövşəyi şüalarındakı mikrobları öldürür.(ona görə ağacdan dərilən meyvə çirkli olsa da qorxulu olmur)

    Cavab yaz
  3. Maraqlı yazıdır. Qəbələ Konserv Zavodu belə tənqiddən sonra nəticə çıxarmalıdır. Əks halda istehlakçılarının (ən azından bu yazını oxuyanlar) sayı azala bilər.
    P.S. Yazın gec oldu amma güc oldu :)

    Cavab yaz
  4. İlqar oxudum. maraqlı araşdırma etmisən. Jalə nəsə yenilik gətirmək istəyir ola bilsin. Bəlkədə tetra pakın bir zavodunu Qəbələdə açacaqlar. İndidən bir güllə ilə iki quş vurmaq istəyirlər. Gələcəkdə bütün su istehsal edənlər Qəbələ tetrapakından alıb öz məhsulları üçün istifadə edəcəklər))

    Cavab yaz
  5. Suleyman

    Bulaq suyunda mikrob olur əlbəttə. Normal içməli sularda escherichia coli bakteriyaları olur. Bunun icazə verilən maksimal həddi var. Aseptik doldurma zamanı su sterilləşdirilməlidir əlbəttə.

    Cavab yaz
  6. İlqar müəllim afərin… Çox gözəl yazıdı… Bütün cümlələrdə bir məntiq var…. Məncə Qəbələ konserv zavodu bu yazıdan bir nəticə çıxarmalıdır!!!

    Cavab yaz
  7. Tetra Pak-ın rəsmi saytı Ben Pauelin aseptik qablaşdırma haqqında dediyini təsdiqləyir:
    http://www.tetrapak.com/products_and_services/packages/tetra_evero_aseptic/Pages/default.aspx
    “Tetra Evero Aseptic: It combines the easy handling and pouring of a bottle with the environmental advantages of a carton. And the smart, safe one-step opening with two-step safety keeps what’s inside fresh and safe.”

    Digər mənbə:
    http://www.tetrapak.com/business_solutions/cases/Pages/News_packgen_5_Benefitstoconsumersallovertheworld_200504.aspx
    “Aseptic packaging allows consumers to store drinks for months without worry of spoilage”

    Cavab yaz
  8. Bir şey mənim diqqətimi çox çəkdi ki, Avropada da təbii şirələr ya Tetra Pak-larda, ya da xüsusi plastik qablarda (Coca Cola məhsullarının plastiklərindən daha fərqli) olur, ona görə kiçicik bir araşdırmam belə bir şey göstərdi:

    Cartons designed for long life or high acidity content contain aluminium foil, which is about 6-micrometre (0.00024 in) thin. This layer provides additional protection for the content against oxygen, bacteria, undesired flavours and light.

    Yazdığım cümləni google-da axtarıb əmin ola bilərsən. İlqar, deyəsən Ben Pauel haqlıdı :)

    Cavab yaz
  9. İlqar, kiçik bir düzəlişim var:

    “Səbəb çox aydındır – ətraf mühitin mühafizəsi! Kağız – təkrar emal olunan məhsuldur – plastik isə yox!” cümləsi düz deyil, çünki plastik də təkrar emal olunur. Avropa və Amerika təcrübəsinə gəldikdə isə bilirəm ki, burda kağız, plastik və şüşə təkrar emal olunur, ona görə onların ərzaq tullantıları üçün zibil qutularından ayrıdı, özün də Bakıda metroların çıxışlarına yaxın belə zibil qabılar görmüsən.

    Cavab yaz
  10. Digər məntiqi ardıcıllıq pozulan məqam:

    “Aseptik doldurma (steril doldurma. red.) texnologiyası ümumiyyətlə mikrobların daxil olmasına imkan vermir.
    Bu cümlə özündən əvvəlki cümləni təkzib edir və deyir ki, bu suya mikrob düşmür.”

    Burda təkzib yoxdu, sadəcə sən mikrobsuz təmiz suyu səhv doldursan və qablaşdırsan mikroblar daxil ola bilər, aseptik doldurulma texnologiyasında isə bu mümkünsüzdü :)

    Cavab yaz
  11. Yaman qınamısan. Amma onlar Bakteriya demək istəyib, mikrob yox. Bu da marketing şöbəsinin şəristəsizliyindən irəli gəlir :)

    Cavab yaz
  12. Qebele Konserv Zavodu keyfiyyet beynelxalq sertifikatlari baresinde dusunsun. Mehsulun en gozel reklami onun keyfiyyetli olmasidir.

    Cavab yaz

Şərh yaz