Fasilədən sonra, 2011-ci ilin ilk bloq postumuzu öz işinin adını belə düz yaza bilməyən (şəkildə qeydiyyat sözünə diqqət), Azərbaycan İnternetini geriyə dartan, İnternet xidmətlərini İnternetsiz göstərən və burokratiyanın baş aldığı NT-dən danışmaq istəyirəm. NT – İntrans şirkətinin törəməsidir və *.az domen qeydiyyatı ilə məşğul olur. 100%-lik monopolistdir – Ölkədə 2-ci qeydiyyatçı şirkət yoxdur. Düzdü, kağız üzərində veb.az və s. belələri mövcuddur, lakin bu şirkətlər də NT-yə məxsudur.
NT bu monopoliyadan o qədər harınlayıb ki, İnternetlə bağlı xidmət göstərməyinə baxmayaraq öz saytını 4 ildir ki, yeniləmir (son yenilənmə tarixi: 01.04.2007, Azərbaycan variantı isə 2005). Əsas mövzudan uzaqlaşmayaraq və NT-nin xidməti haqqında danışaq.
Fevral ayının əvvəllərində Azərbaycan İnterneti NT-nin əlindən qan ağladı. Ofis təmirə dayandığı üçün domenlərlə bağlı bütün işlər dayandırıldı (qeyri-rəsmi).

Payızda mənim də başıma gəlmişdi – xəbərdarlıq emaili gəlmədən domenim söndürülmüşdü. Ya NT domen işinin vacibliyini (ciddiliyini) başa düşmür, ya da o dərəcədə harınlayıb ki, istədiyi zaman istədiyini edə biləcəyini hesab edir, müştəri məmnunluğunu qulaq ardına alır. Yəni kefimizə düşsə 1 həftə qeydiyyatı dayandıra, servisimiz cavab verməyə, NS-ləri dəyişməyə, domeni dayandıra, serverləri söndürə, whois sistemini bağlaya bilərik. “Xoşunuz gəlmir? Xoş getdiniz!”
Tvitterdə digər məşhur İT mütəxəssisləri tərəfindən yazılmış tvitlər:
“Bakının ən bürokratik idarəsi olan NT email və telefonla cavab vermir. Nə edim?”
“NT əvvəlkindən daha da bürokratik olub – getmişəm ofislərinə, amma sən demə, əvvəlcə onlara qeydiyyat forması göndərmək və 3 gün təsdiq gözləmək lazımmış”
“Maraqlıdır, nə üçün NT 3 saat ərzində emaillərə cavab vermir və NS-ləri yeniləmir? İllər gedir, lakin onlarda heçnə (iş prinsipi mənasında (red)) dəyişmir.
Tvitlərdən gördüyümüz kimi, uzun illərdir ki, NT eyni prinsiplə işləyir. Əvvəlcə email ilə forma göndərirsən, sonra onlardan icazə gözləyirsən, 3 gün ərzində əgər desələr ki, “icazə var” mütləq onların ofisinə gedib ordan domeni almalısan. Ödəmək üçün başqa bir yol, qayda yoxdur. Fərqi yoxdur, siz Qazaxda və ya Gəncədəsiniz – mütləq Bakıya gəlib onların ofisində almalısınız domeni. Allah eləməsin, birdən sizə NS dəyişikliyi lazım olsun. Bunun üçün də yeganə yol email göndərməkdir. Halbuki özünə hörmət edən hər bir ölkədə domen üzrə əməliyyatlar xüsusi sayt və admin panel üzərindən olur. Ölkəmizin analoqsuz inkişafı fonunda mən dünyada İrandan və Azərbaycandan başqa 2-ci bir Dövlət tanımıram ki, onlarda ölkə domenində aşağıdakılar olmasın:
- Onlayn domen qeydiyyatı? – Azərbaycanda yoxdur!
- Onlayn domen ödəməsi? – Azərbaycanda yoxdur!
- Onlayn menecment (misal üçün, NS dəyişikliyi) – Azərbaycanda yoxdur!
Hətta uzaq Madaqaskar domenini beəİnternet üzərindən almaq, dəyişmək mümkündür.
Bəlkə NT o qədər kasıbdır ki, öz sistemini dəyişməyə pulu yoxdur? Whois.az saytının statistikası əsasında NT-nin gəlirlərini nəzərdə keçirək:

Sistemdə ümumi qeydiyyatlı domenlərin sayı – 10957. Kobud olaraq 957-sini imtina edəcək kimi çıxarıb 10.000-nin illik ödəmə qiyməti 20 manatdan hesablasaq illik gəlir 200.000 manat, aylıq ortalama gəlir isə 16.667 manat deməkdir. (bu yalnız 2-ci il üçün ödəmələrdir). 2010-cu ildə 1.5 ay ərzində qeydiyyatdan keçmiş domenlərin sayı – 477. Subdomain alanların sayı çox az olduğu üçün, lap tutalım ortalama aylıq alış 300 domen X 40 manat = 12.000 manat. Kobud desək, NT-nin (ona qoşma şirkət kimi olan, əslində isə eyni olan veb.az və digər yalançı registrarlar da daxil olmaqla) aylıq gəliri 28.000 manatdan (35000 $) az deyil.
Yəni, NT-nin 1 aylıq gəliri sistemi tam olaraq dəyişməyə imkan verməsinə baxmayaraq hələ də 10 ildən çox qalmış sistemlərini istifadə edirlər…
Burada Rabitə Nazirliyinin də rolu az deyil. Qeydiyyatın 1 əldə cəmləşməsi onlara sərf edir – idarə etmə asandır. İstədiyin vaxt istədiyin göstərişi verə bilirsən. Azərbaycan İnternet Forumunun da bu haqda dəfələrlə bəyanatları olub. Bunları yerinə otuzdura biləcək yeganə qurum ICANN-dır. İnternet ictimaiyyətimiz ICANN-a rəsmi şikayət etməlidir.
Şəxsən mən getdikcə *.az domenindən bacardıqca az istifadə etməyə çalışıram, misal üçün, gördüyünüz kimi parketinq.com və bir sıra digər saytlarımızın da ( misallar, sosium.com, yazyay.org və s.) domenlərini qeyri az sonasında almağa üstünlük verirəm. Hamıya da tövsiyyə edirəm ki, mümkün qədər *.AZ domenindən uzaq durasınız.
(p.s. Mövzunu davam etdirəcəyəm)




Əla yazıdır, əllərinizə sağlıq =) Ar olsun onlara, müştəriləri incitməkdən başqa bir şey bacarmırlar, hələ bir neçə domen var ki, öz işçilərindədir, elə bil gorlarına aparacaqlar…
Bunlar heç e-mail vasitəsi ilə də doğru-düzgün xidmət göstərə bilmirlər. Şəxsən mənim müraciətlərimə cavab olaraq göndərdikləri ‘Azərbaycan dilindəki mətni’ başa düşmək üçün həmin mətni azı 3 dəfə oxuyuram. Təklif edirəm, ilk öncə bunların işçilərinə Azərbaycan dilinin öyrənilməsi üçün treninq keçirilsin.
Tamaile raziyam. Bununla elaqedar xahis edirem ki, Rabite Nazirliyine resmi muraciet hazirlayaq ve muracietde hamimizin imzasi olsun. Bu da tesir etmezse eger, İCANN-da resmi muracietimizi ederik. Bunu biz deyismezsek heç kes deyişmeyecek. Bu mövzuya toxundugun üçün tesekkur edirem İlqar.
nifret ediremde belelerine… Kimdi bunun prezidenti?
(tərkibində təhqir ifadələri olduğu üçün moderator tərəfindən redaktə olunub)
Yazdıqlarınızla razıyam. Bu birinci il deyil. Axır 5 ildir bu haqda mox məqalələr yazılıb. Amma nə fayda. Siz yaxşısı olar bir sorğu forması yaradın, qoy vətəndaşlar imzalasın. Bir sözlə imza toplama kompaniyası.
Hə. Yadımdadı domaini almağa gedəndə. 3 gün çəkdi…
FaceBook.Az domainini 3 ildir ala bilmirem. Hal buki Facebook-un hec bir müəllif yaxud digər hüquqıarə Azərbaycanda qorunmur. AzərNəşrdədəd və digər orqanlardada yoxlamışam. Deyirlər brenddir. Noolsunki brenddir? Niyə onda ölkəmizə pullarını keçirib domainlərini almırlar?
İlqar, təmiz söhbət. Bunların ucbatından mən müştəri itirdim. Əlində pulun ola-ola domen ala bilmirsən artıq. 3000 manat zərərimi kim ödəyəcək?? İCAAN-a şikayət edək, BMT-a şikayət edək hara lazımdır ora şikayət edək nəticədə bu məsələni həll edək dəəə.. Belə biabırçılıq olmaz ki… NT-dən domen almaq bankdan kredit almaqdan çətindir.
monopolist = inhisarçı
Gəlin bir dənə petition (aksiya) internetdə yaradağ. “NT bağlansı deyənlər” və s.
Həmişə dediyimi təkrarlayıram,
Dəvəyə soruşublar: Boynun niyə əyridir?
Dəvə deyib: Haram düzdür ki, boynum da düz olsun.
Bu ölkədə nələr yolunda gedir ki, hələ bir bu da yolunda getsin. Sen, men və ya digər aktiv gənclər içində yığılan bu hissləri cilovlayıb və hələ də nədənsə səbr etdiyi müddətcə heç bir şey düzəlməyəcək.
Qaval daşı çizgi filmində ağsaqqalın dediyi kimi; Bəsdir qaya cızdıq,itilək ov dalınca…
Bosh-bosh aglamagdan ne fayda? Internetde yoxdur hec bir qayda!
Tamamilə razıyam..domen almaq üçün mən Bakıdaki tanışlardan xahiş edirəm ki, getsinlər ofisə. Başa düşə bilmirəm hansı dövrdə yaşıyırıq… Mailə isə 2-3 günə keflərinə düşsə cavab verirlər
Texniki meselelerden bashim cixmirdi, oxudum anlayishim oldu. fikir bildire bilmeyecem. ama men de domen almaq isteyriem. komek edersen
bu linkdən domen sifariş etmək olar deyəsən, amma keçən dəfə axtaranda yox idi ola bilər yeni düzəldiblər: http://nt.az/az/zakaz.shtml
Heç ilk cümləni də düzgün yazmayıblar.
Mən NT`dən “NizamiBelediyyesi.az” domenini 5 günə aldım. E-mail yazdım, 2 gün sonra cvb gəldi ki, fiziki şəxslərə verilmir, yenidən e-mail yazdım Təşkilat adından, 1 gün sonra cavab gəldi ki, sən demə 3 yerdə yazılmalı imiş təşkilat adı mən iki yerdə yazmışam. Yenidən sorğunu göndərdim 1 gün sonra cavab gəldi ki, gəlin götürün domeni. Gəldim domeni almağa, dedim bank hesabınızı verin pul köçürək, mənə elə bir müqavilə verdi ki, gedib bir başa bankdan fiziki şəxs kimi pulu ödəməli oldum, özlərinə ödəsəm də fərq etəzdi. Əgər belə olacaqdısa daha təşkilatın bank hesabından ödəniləcək cümləsini niyə deyirdim ki? Və onlar da razılıq verirdilər. Pulu da ödədim, və nəhayət 24 saat sonra domen yönləndirildi. Onlinedən .com domenini 5 dəqiqəyə almaq olursa, NT şirkətindən 5 günə almaq olur. + Yol xərcləri.
Danışıq tərzlərindən isə danışmayım. Sanki “rədd ol daaaaa” demək istəyirlər.
Müqavilədə olan hərf səhvlərini də hər birimiz görmüş olarıq. Hesab sözü əvəzinə “xesab” və bunun kimi bir neçə söz (1 dəfə olsa cəhənnəm, deyərəm diqqətdən yayınıb, bir neçə dəfə eyni səhv). Məsələn; köçürülən məbləğ əvəzinə “köçüpülən”… Saymaqla bitmir. Bir domeni alıb rahatlaşmaq istəyəndə görürsən ki yox əlavə olaraq psixoloq yanına da getmək lazımdır ki, dərindən rahat nəfəs alıb, bu əsəb yoran 5 günü unudasan.
@Zhala Najafova domen sifarişi deyil o, çoxdan var. Banner, veb sayt yığılması və reklam yerləşdirilməsi barədə əlaqə üçündür.
NT shirketi heleki dash dovrunu yawiyir.
Gelin hamimiz .com alaq. acindan qirilanda agillanmaga bashlayarlar.
Danismaqdan nese bir fayda olacaqsa men butun gunu danisim NT beledi eledi cunki menden cox ordan domen alan yoxdu. Hereket elemek lazimdir. Men cox rahatliqla aliram domeni sikayetim yoxdu amaki muasir formada olsa lap ela olar ozum nsderi deyise bilsem bu super ola tay bes defe nt mektub gondermerem. Men bir seyi basa dusmurem nsden ipni oyrenmek en hasant seydi bular onuda bizim etmeyimizi isteyir Belede olmazda day
Həqiqətən demək olar bütün dövlətlərin domen adları satışı online şəkildə həyata keçirilir. Bircə bizdə yoxdur belə bir servis…. Həqiqətən internetin daş dövrünü yaşayır bu NT
Eh NT NT NT yenədə NT. Bu başı batmışlar əsil bəladırlar bizim üçün. Domen almaq bir bəla domenləridə öz əllərinə yığmaqları bir bəla. Bir ara qəşənq az hərfli domen axtarırdım. Əlbəttəki cəmi bir işə yarayan whois.az ın köməyi ilə. Bir neçə domen adı eyni bir şəxsin adında hamısıda domenlər qəşənq adlı domenlər idi. Belə deyəkdə fa.az NT nin rəhbərinin saytıdır. Ona məndə gedib hk.az domenin ala bilərəm? Əsil monopolist bir şirkətdir bunlar. Bir sözlər adam heç bunlardan domen almaq isdəmir. Domeni aldım bunun bir dənə illik ödənişi üçün dur Bakıya gəl 20 manat pul verəcəksən ən azı 30 manat xərcin çıxır. Deməyə çox söz var amma hamısın yazmağa həvəs yoxudr. Monopolis haqqında nə qədər yazsanda yenə öz bildiyin edəcək.
Ozbashnaliqdan demishken bir fakt da men yazim
) Sen deme .az -da “e” herfi ile bashlayan domen almaq uchun Rabite nazirliyinden icaze olmalidi
) Yeni eger ebook.az domenini almaq istesez Rabite nazirliyi size yazili icaze vermelidi. Yeni eger dostum Elmeddin http://www.elmeddin.az domenini almaq istese Rabite nazirliyin gormelidi
)))
http://deffektiv.com/?p=1201
Bu yazıya şərhimdə aşağıdakını yazmışdım, lap ürəyimdən xəbər verdin:
“Azərbaycan internet bazarının köhnə xasiyyətidir. Ən ciddi iri şirkətlər belə .az domenindən istifadə etməyə qorxurlar ki, səlahiyyətlərin yarısı onların əlində olmur, sonra da ki, bir gün gördün serverləri çöküb, ya da qoyub qaçıblar, vs.
O ki, qaldı hansısa gədənin bloq serveri ola.
Dünyada milyonlarla insanın istifadə etdiyi və güvəndiyi və ən əsası daha imkanlı, yüksək səviyyəli xidmətlər olduğu müddətdə mən Azərbaycan internet xaşxanasına etibar etmərəm.
Sizi də onların xidmətindən imtina etməyə çağırıram. Bir şey ki, artıq bir çox beynəlxalq internet xidmətlərinin Azərbaycan dilində versiyası var.”
Məhz buna görə .az tld’li domenlərdən uzaq gəzirəm. Ya ICANN’a ya da ən azından Rabitə Nazirliyinə şikayət etmək olar.
Çox bəyəndim yeriii var. Eşşii onlar xəstədi – xəstə adicə com domenine 10 $ istəyirlər. Onu alandansa bunu almaq daha yaxşıdır
Monopoliya reqabeti oldurduyu ucun bu duzelmeyecek. .az domain alib qat-qat cox pul odeyib hec xidmet gormeyenin agili yoxdur. Ondansa .com, .biz ve s. ucuz al ve yuksek xidmet gor…
NT baglansin deyenler evezine teklif edirem ki bu bazarda az-cox yer edinmis mutexessis ve is studiyalar oz musterilerine .az domeni almagi meslehet bilmesinler. Umumiyyetle teklif ederdim ki Web mekanin gercek hemkarlar ittifaqi ve ya konsorsium kimi bir seyi olsun.