“Taleh açarı” lotereyasının reklamları bütün aləmi bürüyüb – metro, TV, tikinti-söküntü içində olan “Targovı” və s. mak.az-dan oxuduğuma görə, sən demə, geniş reklam kampaniyası ilə müşayiət olunan bu lotereya Akkord-a məxsusdur (ideya və icra – Design By) və hətta buna ötən ildən hazırlaşırmışlar.
Reklamı görən andan məni bir sual düşündürür – bu Taleh kimdir, nədir? Talehin açarı mənim nəyimə lazımdır?!
Talehin kim olduğunu bilmək üçün üz tuturam Azərbaycan dilinin izahlı lüğətinə:
“Taleh” yoxdur, əvəzinə “Tale” sözü var. Üz tuturam növbəti kitaba – Azərbaycan dilinin orfoqrafiya lüğətinə. Nəticə eynidir:
Beləliklə, “Tale(h)” sözünün düzgün yazılıb yazılmadığını bilmək üçün təqribən 5 dəqiqə vaxt sərf etdim. Qeyd edim ki, belə lüğətlər reklam və kopiraytinq ilə məşğul olan adamın stolüstü kitabları olmalıdır.
Əslində isə, Taleh adam adıdır. Belə çıxır ki, hansısa Taleh açarını itirib. Onun açarını udmaq şansınız varmış ![]()
2 sözü bir birinə calaya bilməyəsən, reklam işi ilə məşğul olasan – bir il müddətində reklam kampaniyası hazırlayasan, onu dizayn edəsən (etdirəsən), təsdiqləyəsən, sifarişlərini verəsən və nə qədər səriştəsiz olasan ki, bu boyda səhvi görməyəsən. Buna səhv deməyə adamın dili gəlmir – bu boyda səhv olar?! Bunun üçün dahi olmaq lazımdır – başdansovdu işləmək dahisi.
Sonda isə, xatırlamaq istərdim ki, Akkordun reklamında kopiraytinq xətası haqqında bir dəfə də yazmışdıq – kobud bir xəta buraxaraq sonradan reklamı dəyişməyə məcbur olmuşdurlar. Görünür, müvafiq şəxslər nəticə çıxarmayıblar. Necə deyərlər, mütəxəssis palçığa bir dəfə batar.


Hələ Akkordun İSO keyfiyyət sertifikatı adı dəqiq yadımda deyil deyəsən Gülüm Yağlarının İSO sertifikatının copy paste-idir. Heçolmasa şirkətin adın da replace eləməyiblər.
Bizdə axı “obyektlərə” avad-uşağın adını qoymaq adətdir. Bu da o sirdanadır
vay vay vay….ne gune qalmishiq biz?!
salam….Tale (h) açarı demişkən…Tale (h) açarı lotereyasının Azercell ilə bağladığı müqaviləvə baxdıqda görürük ki, Azercell də Tale ilə Tale (h)i bir-birinə qarışdırıb (müğənni Yeganə sayağı)