2009`un noyabr ayında DNS Computers`in qeyri-adi bir reklamı ilə qarşılaşmışdım. Elə reklamı görəndə o haqda yazmışdım da. Həmin yazını oxuya bilərsiniz. Elə yazını da reklamı görən kimi yazmışdım. Bu günlərdə isə həmin reklamın plagiatını gördüm. Üstəlik də uğursuz plagiat. Plagiat Star GSM`ə məxsudur. Deməli bu Star GSM götürübdü ideyanı və üslubu eyni ilə copy-paste edib öz reklamlarına. Dəyişiklik olan sadəcə xırda bir fərq var.
Bu xırda fərqi də şəkildə görə bilərsiniz. Bir reklamda kişi digərində isə qadın göstərilib. Hətta adları da eynidir. Fərq isə familyadakı qadın sonluğunun artırılmasıdır. Üstəlik DNS reklamında yumoristik cəhət var idi. Bunu şəkil ilə də göstərmişdilər. Star`da isə o yoxdur. Şəkillər yan-yana olduğundan buradan görə də bilərsiniz ki, DNS reklamını həqiqi şəxsiyyət vəsiqəsi boyda edib. Star`da isə kiçikdir. Kağız keyfiyyəti cəhətdən də DNS daha üstündür. Daha çox şəxsiyyət vəsiqəsinə oxşatmağa çalışıblar. Üstəlik mən reklamı ilk gördüyüm vaxtlardan da öyrənmişdim ki, həmin bu dizayn məhz DNS`in öz dizayneri tərəfindən edilib. Ona görə də, dizaynerin xətası kimi qiymətləndirmək olmaz ki, hər iki şirkət bir dizaynerə müraciət edib və həmin dizayner də hər iki nəfərə eyni dizaynı veribdi. Bu sırf plagiatdır. Bir şirkətin dizaynını, üslubunu tam oğurlayaraq özlərinin reklamında tətbiq etməkdir.
Bu da arxa üzü:
Arxa üzünə də baxanda eyniliyini görmək olar.


