MARKETİNQ

Nar Mobile və Bakcell şirkətləri Azərbaycanın ərazi bütövlüyünü tanımırlar

| Şərh yazılmayıb »

Adəti üzrə, Zerkalo qəzetinin şənbə buraxılışını (31 oktyabr 2009 tarixli) alıram və yolda gedə-gedə səhifələyirəm. Marketinq sahəsində çalışan şəxs kimi, bütün şirkətlərin elan və reklamlarını xüsusi diqqətlə izləyirəm. 8-ci səhifədə Nar Mobile-a aid aşağıdakı gözümə dəyir. Bəlkə də deyəcəksiniz ki, adi press-relizdir, burada nə var ki?! Elə isə, sonuncu cümləyə diqqətlə baxaq:

Nar Mobile, press-reliz, (Zerkalo qəzeti, 31 oktyabr, 8-ci səhifə)

Nar Mobile, press-reliz, (Zerkalo qəzeti, 31 oktyabr, 8-ci səhifə)

Мобильный оператор в настоящее время обеспечивает высококачественной связью 80 процентов территории страны, где проживает 90% населения (tərcümə: Mobil operator hal-hazırda ölkə ərazisini 80 faizini yüksək keyfiyyətli rabitə ilə təmin edir, harada ki, əhalinin 90%-ni yaşayır)

Bu cümlə məndə təəccüb və eyni zamanda məntiqi anlaşılmazlıq doğurdu – Əgər, Nar Mobile ölkə ərazisinin 80%-i əhatə edirsə, demək, Azərbaycanın 20%-in işğal altında olduğu ərazilərdən başqa bütün yerlərdə, o cümlədən, əhatəsi çox çətin olan dağlıq zonalarda da xidmət göstərə bilir. Ya da, press relizdə “işğal altında olan torpaqlar istisna olmaqla ölkə ərazisinin 80 faizini…” yazılmalı idi ki, bunu da press relizi hazırlayan şəxslər qeyd etməyi lazımlı hesab etməyiblər…

Fikrimi dəqiqləşdirmək üçün şirkətin “rəsmi üzü” olan İnternet saytında Azərbaycanda əhatə dairəsi bölməsinə daxil oluram:

Nar Mobile saytından

Nar Mobile saytından

Ah, * – Ulduz işarəsi! Yəqin aşağıda mən düşündüyüm kimi, nə demək istədikləri izah olunub. Aşağıya diqqət:

Nar Mobile print screen - 2

İndi isə saytdakı xəritəyə diqqət – qırmızı bənövşəyi rəngli yüksək keyfiyyətli, sarılar isə nisbətə aşağı keyfiyyətli Nar mobile rabitəsi zonalarıdır:

Nar Mobile rabitəsinin əhatə xəritəsi

Nar Mobile rabitəsinin əhatə xəritəsi

Göründüyü kimi, Nar Mobile ölkəmizin heç də 80%-ni əhatə etmir. Axı “işğal altında olan torpaqlar istisna olmaqla” ifadəsinin olmaması hər şeyi dəyişir. Bu ifadə yoxdursa, demək Nar Mobile Azərbaycan Respublikası ərazisinin yalnız 64%-ni əhatə edir!

Belə çıxır ki, xarici partnyorlara da Azərbaycan Qarabağsız təqdim olunur, cünki  saytın rus və ingilis dilli variantlarında da məsələ bu formada təhrif edilir.

Araşdırmamı davam etdirirəm və Bakcell mobil operatorunun saytında da müvafiq informasiyanı analiz edirəm:

Bakcell İnternet saytından

Bu səhifə isə məni təmami ilə  şoka salır -

1. Yuxarıda qeyd olunduğu kimi, burada da “Ölkə ərazisi” dedikdə işğal altında olan torpaqlar ignor olunmuş formada nəzərdə tutulur.

2. Ən böyük biabırçılıq – xəritədə bəzi şəhərlərimizin  yeri sağa-sola sürüşdürülüb (misal üçün, Şuşa Laçından sağda olmalıdır).

3. Şəhərlərimiz xəritədə səliqəsiz – gah ingiliscə, gah da azərbaycanca yazılıb. Hətta ingiliscə şəhərlərin bəzilərinin adı da səhv qeyd olunub. (Misal üçün, Gəncə inginlicə  “Genje” deyil- “Ganja”-dır)

4. 2008-ci ildə adları dəyişdirilmiş şəhərlər xəritədə dəyişdirilməyib (Əli-bayramlı – Şirvan, Xanlar – Göygöl dəyişiklikləri)

5. Xəritədə bəzi şəhərlər yoxdur – başa düşmək olmur, hansı prinsiplə yoxa çıxıb o şəhərlər.

Xəritənin bu hala salınmasına bəs nə ad verək?

Sadəcə PR xətası?

Nə üçün işğal altında olan torpaqlar Azərbaycan əraziləri anlayışının içinə daxil olmayıb?! Yəni, faktiki olaraq bu ərazilər mətnlərdən tamami ilə silinib atılıb. “işğal altında olan torpaqlar istisna olmaqla ” ifadəsinin olub-olmaması bu mətnlərin və rəqəmlərin mənasını tam dəyişir.

Bəlkə bu şirkətlərin PR menecerləri İctimaiyyətlə Əlaqələr işini sadəcə standart press-reliz yazıb mətbuata ötürməkdə görürlər, amma belə bir şirkətlər üçün bu mexaniki PR xətası deyildir – dəqiqsizlik, göstəriciləri şişirtmək və ən əsası, fəaliyyət göstərdiyin ölkəyə qarşı hörmətsizlikdir.

Mən “ura-patriot” tipli şəxs də deyiləm, heç kimi vətənpərvərliyə də cağırmıram – bu hər kəsin öz şəxsi işidir. Amma Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən hər bir şirkət, hər bir təşkilat ölkənin ərazi bütövlüyünə, xəritəsinə və bütün digər atributlarına hörmətlə yanaşmalıdır.

Mən, ölkənin sıravi bir vətəndaşı kimi bu hörməti TƏLƏB EDİRƏM!



Şərh yaz