Parketinq yay tətilindən qayıdır.
1-2 günə
Təqribən 2 həftə əvvəl Azercell öz brendini yeni dizaynda təqdim etdi. Rebrendinq (brendin yenilənməsi) haqqında söz-söhbətlər uzun zamandır gəzirdi. Tizer reklamından sora nəhayət ki, rəsmi olaraq işıq üzü görən bu rebrendinq həm ekspertlər, həm də əhali tərəfindən birmənalı qarşılanmadı. Azercell-in rebrendinq hadisəsinə nəzər salaq (bir az uzun alındığına görə üzr istəyirəm).
Azerfon-Vodafone növbəti, hal-hazırda istifadə olunan reklam kampaniyalarının birində (TV, Radio, küçə reklamı) belə bir şüardan istifadə edir:
Provayderlərimizin ADSL xidmətlərinə həsr olunmuş sorğunun nəticələrini bu gün açıqladıq. Bu sahədəki real vəziyyəti qiymətləndirmək məqsədilə keçirdiyimiz sorğuda 400-dən çox abonent iştirak edib. Respondentlərin coğrafi paylanması – Bakı şəhəri -82%, Sumqayıt – 7%, Xırdalan – 3% və digər regionlar üzrə 7%-dir. Sorğuda iştirak edənlərin çox hissəsi -Bakinternet (20%), Connect (17%), Uninet-Stream (16%), Azeronline (14%), Ultel (8%) və Aztelekom (7%) proveyderlərinin iştifadəçiləri olub.
“Taleh açarı” lotereyasının reklamları bütün aləmi bürüyüb – metro, TV, tikinti-söküntü içində olan “Targovı” və s. mak.az-dan oxuduğuma görə, sən demə, geniş reklam kampaniyası ilə müşayiət olunan bu lotereya Akkord-a məxsusdur (ideya və icra – Design By) və hətta buna ötən ildən hazırlaşırmışlar.
Bu dəfə bəhs etmək istədiyim kampaniya Procter & Gamble şirkətinə məxsus Blend-a-med məhsulu üçün hazırlanıb. “Təbəssümünlə Parisə 2 nəfərlik səyahət” adlı bu kampaniya bir sıra xətalarla icra olunub, daha doğrusu, “yola verilib”. Kampaniyanı həyata keçirənlərin səriştəsi artıq dizayndan da bilinir. Belə ki, kampaniyanın posterlərinin və billboardlarının dizaynının fonu qaradır – qara isə diş məcunu brendi olan Blend-a-med üçün neqativ rəng hesab olunur. Dizayner isə buna diqqət etməyərək və məhsulun brend kitabçasını oxumayaraq dizayn hazırlayıb. Qara rəng diş məcunu üçün o dərəcədə neqativdir ki, Blend-a-med loqosunun “revers”, (qara/tünd fonda ağ/açıq hərflərlə yazılış) variantı ümumiyyətlə mövcud deyil (bundan qaçmaq üçün dizaynda loqonun altına ağ işıq parıltısı əlavə olunub).
Hörmətli oxucularımız, şirkətlərimizin xidmət səviyyəsi haqqında ictimai fikiri öyrənmək üçün saytımıza Sorğu – sorgu.parketinq.com bölməsini əlavə etdik. Məqsədimiz istehlakçıların fikirləri əsasında obyektiv rəy formalaşdırmaq, real vəziyyəti təyin etməkdir.
Bir müddət əvvəl metroda Azersun Holding-ə məxsus olan PASHA çay brendinin “tea bag” – yəni, paket çaylarının yeni reklam posterini gördüm. Yalın gözlə səliqəli və gözəl görünsə də, mütəxəssis nəzəri ilə baxdıqda bir sıra xətalara malik olduğu açıq-aydın nəzərə çarpır. Təhlilimi sizinlə bölüşmək istəyirəm.
2009`un noyabr ayında DNS Computers`in qeyri-adi bir reklamı ilə qarşılaşmışdım. Elə reklamı görəndə o haqda yazmışdım da. Həmin yazını oxuya bilərsiniz. Elə yazını da reklamı görən kimi yazmışdım. Bu günlərdə isə həmin reklamın plagiatını gördüm. Üstəlik də uğursuz plagiat. Plagiat Star GSM`ə məxsudur. Deməli bu Star GSM götürübdü ideyanı və üslubu eyni ilə copy-paste edib öz reklamlarına. Dəyişiklik olan sadəcə xırda bir fərq var.